“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftənin çərşənbə günü Avrozonada və İngiltərədə proqnozların altında açıqlanan inflyasiya göstəriciləri fonunda avro və funt-sterling dollar qarşısında müvafiq olaraq 1.11$ və 1.28$ hədlərinə ucuzlaşdı.
Bu həftə mərkəzi bankların iclasları ilə əlamətdar olacaq. Belə ki, Federal Ehtiyyatlar Sistemi və Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini artırmağa hazırlaşarkən, Yaponiya Mərkəzi Bankının (BoJ) heç bir dəyişiklik etməyəcəyi proqnozlaşdırılır. ABŞ fond bazarlarında ralli dönüş nöqtəsi ilə üz-üzədir. Neft, tədarük proqnozu ilə bağlı narahatlıqlar fonunda öz qazanclarını artırmağa hazır görünür.
Çərşənbə günü FED-in faizləri artıracağına əmin olan investorların diqqəti bunun sərtləşdirmə dövründə son faiz artımı olub-olmayacağına yönələcək.
Qeyd edək ki, FED, yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün son 40 ildən çox müddətdə ən sürətli sərtləşdirmə dövrünə başladığı 2022-ci ilin mart ayından etibarən uçot dərəcələrini 500 baza bəndi artırdıqdan sonra ötən ay faiz artımını dayandırmışdı.
Bazar iştirakçıları həmçinin Amerikada, Avrozonada, İngiltərədə sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndekslərini, Almaniyada inflyasiyaya, Amerikada daşınmaz əmlak və tikinti sektorlarına dair göstəriciləri, eləcə də şəxsi xəclərə dair statistik rəqəmləri yaxından izləyəcəklər.
Ötən həftəni 101.0 bənd səviyyəsində başa vuran DXY-da “ayılar” qiymətləri 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altına qaytara və orada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
EUR
Ötən həftəni 1.11$ həddinin üzərində tamamlayan EURUSD məzənnəsində qiymətlər bu səviyyənin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər. Bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı, xüsusilə də bank sədri Kristin Laqardın monetar siyasətin gələcəyinə dair səsləndirəcəyi fikirlər avronun dollar qarşısında qiymətlərinə ciddi təsir edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2180 hədlərində müqavimətlə qarşılaşaraq 1.2850 hədlərinə kimi ucuzlaşan GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndekslərinə dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar.
JPY
Cümə günü Yaponiya Mərkəzi Bankının (BoJ)-nin pul-kredit siyasəti qərarı, siyasətçilərin artan qiymət təzyiqləri qarşısında ultra geniş monetar mövqelərini yenidən qiymətləndirəcəkləri ilə bağlı davam edən spekulyasiyalar fonunda maraqla gözlənilir.
Cümə günü açıqlanan məlumatlar göstərdi ki, Yaponiyada baza inflyasiyası 15-ci ay ardıcıl olaraq iyun ayında mərkəzi bankın 2%-lik hədəfinin üzərində qalıb. Lakin baza inflyasiya geriləyib.
Analitiklər hesab edirlər ki, bu məlumatlar mərkəzi bankın tezliklə əsas monetar stimullaşdırıcı tədbirləri dayandırmağa başlaması üçün təzyiqi azalda bilər. Eyni zamanda bu inflyasiya göstəriciləri BOJ-nin cari ildə inflyasiya proqnozunu artırması ehtimalını qüvvətləndirir.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı




























