“Azərtütün”ü özəlləşdirmiş şirkət üzərinə götürdüyü öhdəliklərin icrasını başa çatdırıb
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, özəlləşdirilən müəssisələr yenidən qurulur, müasir texnologiya və avadanlıqlarla təchiz olunur, fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Belə müəssisələrdən biri də 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətidir.
Müqaviləyə əsasən, qalib şirkət üzərinə bir sıra öhdəliklər götürüb. Öhdəliklərin icra vəziyyəti ilə yerində tanış olmaq, görülən işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə müəssisəyə mediatur təşkil olunub.
KİV nümayəndələrinə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib.
Bildirilib ki, “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliklərin alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrasını artıq başa çatdırıb. Belə ki, dövlət büdcəsinə 6,4 milyon manat məbləğində vəsaitin köçürülməsi, ümumi həcmi 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası təmin edilib. İnvestisiya Proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeni avadanlıqlar quraşdırılıb, tütün qəbulu məntəqələrində və emal zavodunda təmir-tikinti işləri aparılıb, nəqliyyat və texnika alınıb. Müəssisənin yenidən qurulması istehsal olunan tütün məhsullarının keyfiyyətinin artmasına və ixrac imkanlarının genişlənməsinə imkan verir. Yerli tütünün keyfiyyətinin artırılması isə onun ölkədə istehsal olunan yerli və beynəlxalq brend siqaretlərdə istifadəsini təmin edəcək və beləliklə, tütünün idxalından asılılığın azalmasına əhəmiyyətli təsir göstərəcəkdir.
Qeyd edək ki, müəssisədə 20 daimi, 150 mövsümi olmaqla, 170 yeni iş yeri yaradılıb. Ümumilikdə, hazırda müəssisədə 130 nəfər daimi işçi çalışır, mövsümi işlərə 250 nəfər cəlb edilib. Müəssisədə orta aylıq əməkhaqqı 700 manatdır.
Şirkət tərəfindən 2021-ci ilə nisbətən 2022-ci ildə dövlət büdcəsinə ödənilən vergilər 135 faiz artaraq 500 min manat, sosial sığorta ödənişləri 70 faiz artaraq 420 min manat, işsizlikdən sığorta ayırmaları 85 faiz artaraq 17 min manat təşkil edib.
Şirkət xarici ölkədən yeni, tez yetişən, keyfiyyətli məhsul verən toxum sortları gətirib. Fermerlərə aşağı faizlə (4,5%) kreditlər verilib. Fermerlərdən 1 kiloqram yaşıl tütünün alış qiyməti artıb. 2023-cü ildə bu göstərici I növ üzrə 36 qəpik, II növ üzrə 25 qəpik, III növ üzrə isə 20 qəpik olub.
Yetişdirilən tütünə aqrotexniki xidmətin düzgün təşkili məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Həyata keçirilmiş tədbirlər nəticəsində ötən il məhsuldarlıq 20 faiz artıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















