Rusiya: Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması üçtərəfli bəyanatın əsas şərtlərini kökündən dəyişib
"Dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır”2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının vasitəçiliyi altında keçirilən sammitlərdə Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin vəziyyətini kökündən dəyişib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı verdiyi bəyanatda bildirilir.
Rusiya tərəfi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına başlanmalı olduğunu açıqlayıb.
“Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır”, - deyə bəyanatda qeyd olunub.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, "Bu gün Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsi narahatlıq doğurur" və iddia edib ki, bölgədə humanitar böhran getdikcə dərinləşir: "Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bu, Qarabağ erməniləri - bölgənin sadə sakinləri üçün ən dramatik nəticələrə səbəb ola bilər.
Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bu dəhlizlə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin bərpası, eləcə də bölgənin enerji təchizatı üçün təcili tədbirlər görməyə çağırırıq".
Moskvadana açıqlama
Moskva yaxın vaxtlarda Ermənistan-Azərbaycan nizamlanması üzrə xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
XXX
Заявление МИД России в связи с ситуацией вокруг Нагорного Карабаха
1429-15-07-2023
В октябре 2022 г. и мае 2023 г. на саммитах под эгидой Евросоюза Армения признала Нагорный Карабах частью территории Азербайджана. Мы с уважением относимся к суверенному решению армянского руководства, однако это кардинальным образом изменило основополагающие условия, при которых было подписано Заявление лидеров России, Азербайджана и Армении от 9 ноября 2020 г., а также положение размещенного в регионе Российского миротворческого контингента.
Считаем, что в этих условиях не следует перекладывать ответственность за судьбу армянского населения Карабаха на третьи страны. Следует незамедлительно приступить к подготовке мирного договора между Баку и Ереваном, опираясь на ранее достигнутые договоренности.
Исходим из того, что неотъемлемой частью данного соглашения должны стать надежные и четкие гарантии прав и безопасности армян Карабаха, а также неукоснительное выполнение всего комплекса трехсторонних договоренностей между Россией, Азербайджаном и Арменией, включая разблокирование транспортных коммуникаций и запуск процесса делимитации армяно-азербайджанской границы.
С учетом изложенного российская сторона подтверждает настрой активно способствовать усилиям международного сообщества по восстановлению нормальной жизнедеятельности Нагорного Карабаха. Готовы в ближайшее время организовать в Москве трехстороннюю встречу министров иностранных дел для обсуждения путей выполнения договоренностей на высшем уровне, включая тему согласования мирного договора, с последующим выходом на российско-азербайджано-армянский саммит в Москве для подписания упомянутого документа.
Вызывает озабоченность то обстоятельство, что сегодня ситуация вокруг Нагорного Карабаха развивается по негативному сценарию. Углубляется гуманитарный кризис на данной территории. Местное население испытывает острую нехватку продуктов питания, медикаментов, предметов первой необходимости, практически лишено электро- и газоснабжения. Это может повлечь за собой самые драматические последствия для карабахских армян – простых жителей региона.
Настоятельно призываем азербайджанское руководство принять срочные меры для немедленного разблокирования Лачинского коридора, возобновления беспрепятственного передвижения по нему граждан, транспортных средств и грузов в обоих направлениях, а также энергоснабжения региона.
© APA, mid.ru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
16 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi












.jpg)



.jpg)


