Rabitəbank MİDA xətti ilə satılan mənzillər üzrə güzəştli ipoteka təklif edir
(®) Güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər Rabitəbankın İKZF vəsaiti hesabına MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti təklifindən yararlana bilərlər.
“Rabitəbank” ASC və “MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi çərçivəsində Agentliyə aid 100 000 AZN-dək daşınmaz əmlakı 10% ilkin ödənişlə, illik cəmi 4%, 30 il müddətinədək güzəştli ipoteka krediti vasitəsilə əldə etmək mümkündür. Bank MİDA xətti ilə satılan mənzillər üzrə güzəştli ipotekanı 3 iş günü müddətinə rəsmiləşdirir.
MİDA xətti ilə güzəştli mənzil əldə edənlərin kredit müraciətlərinə Rabitəbankın Gəncə, Sumqayıt və Bakı şəhəri daxil olmaqla 8 filialında baxılır. Filial əməkdaşları həftə içi hər gün səhər saat 9:00-dan axşam saat 17:00-dək müştərilərə xidmət göstərir.
Agentliyin komplekslərində mənzil almaq üçün Rabitəbankdan güzəştli kreditlərin əldə edilməsi məqsədilə “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçmək və “şəxsi elektron kabinet” yaratmaq lazımdır.
Güzəştli ipoteka krediti vasitəsilə güzəştli mənzil əldə etmək hüququna malik şəxslərin siyahısı və bütün şərtlər bankın rəsmi saytında yerləşdirilib: https://rbt.az/mida
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.
MİDA-nın əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisinin təşkili və güzəştli kateqoriyaya aid vətəndaşların mənzil əldə etmələrinə şərait yaratmaqdır.
1993-cü ildə fəaliyyətə başlayan "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
15 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 28 d. əvvəl
- 36 d. əvvəl
-
45 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir























