Fond: "Korporativ istiqrazlara dövlət zəmanəti verilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır"
İpoteka və Kredit Zəmanət Fondu Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi ilə bağlı hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.
Bu barədə Fonddan bildirilib.
Ötən ilin avqustunda Azərbaycan Mərkəzi Bankı korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmini təsdiq edib. Fondun İdarə Heyətinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə isə “İstiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə İpoteka və Kredit Zəmanət Fondunun təminat verməsi Qaydası” təsdiq olunub.
Xatırladaq ki, bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış 3 milyard 448,3 milyon manatlıq əməliyyatın 438,6 milyon manatlıq hissəsi və yaxud 12,7 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 7,8 % çoxdur. 3 ay ərzində bu bazarda bağlanmış 2 850 əqdin isə 1 391-i və yaxud 48,8 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu isə illik müqayisədə 34,4 % azdır.
Telefonunda Telegram var? Marja.az-ın kanalına buradan abunə ol!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
-
18 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Ən çox oxunanlar
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib






















