Azərbaycanın bank sektorunun xalis mənfəəti 32 % artıb
31 may 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 483, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 003 olmuşdur.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, hesabat ayında filial, şöbə və bank sektorunda çalışanların sayında azalma 1 bankın lisenziyasının geri çağırılması ilə bağlı olmuşdur.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 45,921.8 mln. manat, cəmi öhdəlikləri 40,084.6 mln. manat, balans kapitalı 5,837.2 mln. manat olmuşdur.
May ayında bankların kredit portfeli 1.4% və ya 279.6 mln. manat artaraq 20,659.3 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.1% (11,170.8 mln. manat), ıı) istehlak kreditləri – 30.1% (6,224.5 mln. manat) və ııı) ipoteka kreditləri – 15.8% (3,264 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.3% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 32,678.7 mln. manat. Bankların depozit portfeli cari ilin may ayında 1% və ya 311.8 mln. manat artmışdır. Depozit portfelinin 62.8%-i (20,535.7 mln. manat) hüquqi şəxslərin, 37.2%-i (12,143 mln. manat) fiziki şəxslərin depozitlərində (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Hesabat ayında bankların əmanət portfeli 1.6% və ya 187.6 mln. manat artmışdır.
Əmanət portfelinin 53.2%-i (6,454 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,492.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.2%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında ilin əvvəlinə nəzərən 1.2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.2 faiz bəndi azalaraq 38% təşkil etmişdir.
2023-cü ilin yanvar-may aylarında banklar 437.1 mln. manat xalis mənfəət, 644.1 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 32% və 28% artmışdır. 2023-cü ilin 5 ayında banklar tərəfindən 106.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
XXX
Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % çoxdur.
Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 921,8 milyon manat təşkil edib. Bu, ötən il iyunun 1-i ilə müqayisədə 11 % çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















