Elektron pula dair tələblər müəyyən olunur
Elektron pul qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş alətidir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində elektron pulun emissiyası aşağıdakılar tərəfindən həyata keçirilə bilər:
- banklar və xarici bankların yerli filialları;
- poçt rabitəsinin milli operatoru;
- elektron pul təşkilatları.
Emitent elektron pulun emissiyası məqsədilə qəbul edilmiş pul vəsaiti məbləğində dərhal elektron pulu emissiya edir və elektron pul sahibi tərəfindən istifadəsinə imkan yaradır. Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
Emitent elektron pul sahibi olmaq istəyən şəxsə elektron pulun emissiyasından əvvəl azı aşağıdakı məlumatları kağız və ya digər davamlı daşıyıcıda təqdim edir:
- emitentin adı və hüquqi ünvanı;
- elektron pulun emissiyası və elektron puldan istifadə qaydaları;
- elektron pulun qalıq dəyərinin geri qaytarılması qaydaları və tətbiq edildikdə elektron pulun geri ödənilməsi üzrə tutulan haqlar;
- elektron pul sahibinin müraciətlərinin qəbulu və onlara baxılması qaydası;
- elektron pulun istifadəsi üzrə təhlükəsizlik tələbləri;
- elektron pulun istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatların elektron pul sahibinə təqdim edilməsi qaydası.
Hüquqi şəxs, xarici hüquqi şəxsin yerli filialı və fərdi sahibkar tərəfindən elektron pul yalnız həmin şəxslərə məxsus ödəniş hesablarından emitentə köçürmə yolu ilə əldə edilə bilər. Emitent elektron pul sahibini məsafədən autentifikasiya etmək üçün onu fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə təmin edir. Emitent elektron pulun emissiyası, istifadəsi və satışı, habelə həyata keçirilən əməliyyatlar, məlumat mübadiləsinin aparılması, müraciətlərin qəbul olunması və onlara baxılması üzrə daxili qaydalara malik olmalıdır. Emitent elektron pul sahibinin tələbi ilə elektron pulun qalıq dəyərini dərhal geri qaytarmalıdır. Hüquqi şəxsə, xarici hüquqi şəxsin yerli filialına və ya fərdi sahibkara elektron pulun qalıq dəyəri geri qaytarıldıqda pul vəsaiti yalnız nağdsız formada hüquqi şəxsin, xarici hüquqi şəxsin yerli filialının və ya fərdi sahibkarın ödəniş hesabına köçürülür. Emitentin lisenziyası ləğv olunduğu hal istisna olmaqla, emitent elektron pul sahibi ilə bağlanılan müqavilədə nəzərdə tutduğu halda, elektron pulun qalıq dəyərinin geri ödənilməsi üzrə aşağıdakı hallarda xidmət haqqı tətbiq edə bilər:
- qalıq dəyərinin geri ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən əvvəl tələb olunduqda;
- qalıq dəyərinin geri ödənilməsi müqavilənin bitmə tarixindən 1 (bir) ildən sonra tələb olunduqda.
- Emitentin lisenziyası ləğv edildikdə Mərkəzi Bankın bu barədə qərarı emitentə təqdim edildikdən dərhal sonra emitent tərəfindən elektron pulun emissiyası dayandırılmalı və elektron pulların qalıq dəyərləri elektron pul sahiblərinə hər hansı haqq tutulmadan geri qaytarılmalıdır.
Elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 1 saat əvvəl
-
-
6 saat əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
- 7 saat əvvəl
-
7 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
8 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
8 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
Ən çox oxunanlar
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir





















