Azərbaycanın bəzi karqo şirkətlərinin böyük zərərə uğradığı bildirilir
"Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da əhali daha çox xarici ölkələrdən alış-verişə üstünlük verir. Xarici ölkələrdən malların daşınmasını isə karqo şirkətləri həyata keçirdir. Amma bir aya yaxındır ki, bəzi karqo şirkətləri mallarını daşımaqda çətinliklə üzləşiblər".
Bu barədə Marja-ya müraciətində "United Logistics Group" şirkətinin rəhbəri Ülvi Əzizov məlumat verib.
Ülvi Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının hazırkı qanunvericiliyinə görə hər bir karqo şirkəti xarici ölkələrdən daşıdığı malları ancaq hava yolu ilə daşımalıdır. Bu qərar bazardakı qiymətlərin doğru tənzimlənməsi ilə əlaqədar olaraq verilib. Lakin Naxçıvan Baş Gömrük İdarəsində bu qərar düzgün formada həyata keçirilmir.
"Belə ki, “Sürət Kargo”, “Bahar Kargo” və “Nurlu Kargo” adlı şirkətlər Türkiyənin Naxçıvan ilə sərhəd olan İğdır şəhərində anbarlar kirayələyib və məhsulları ortalama 50 manat verməklə Naxçıvan üzərindən Azərbaycana daxil edirlər. Daha sonra isə məhsulların kilosunu 40 qəpikdən Bakıya yollayırlar. Bir sözlə bu şirkətlər Bakı əhalisinə çatacaq malları Naxçıvan üzərindən qeyri-qanuni olaraq keçirdir və nəticə etibari ilə məhsulun kiloqramına 2 dollar ödəyib hava yolları ilə gətirən digər karqo şirkətlərini böyük zərərə uğradırlar. Nəticə etibari ilə Azərbaycan qanunvericiliyi kobud şəkildə pozulur".
"United Logistics Group" şirkətinin rəhbəri əlavə edib ki, Bakı Gömrük İdarəsindən verilən məlumata görə, bütün karqo şirkətləri mütləq şəkildə malları hava yolları ilə gətirməlidir: "Görünür ki, arada anlaşmazlıq var və bu anlaşmazlıq ən çox kiçik və orta sahibkar olan digər karqo şirkətlərinə zərbə vurur".
"Mallarını dövlət tərəfindən qoyulan qanunlara riayət edərək, bütün ödənişlərini edib, hüquqi yolla gətirən karqo şirkətləri haqsız rəqabət qarşısında böyük çətinlik yaşayır. Biz İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə dəfərlə şikayət etmişik, lakin indiyədək heç bir tədbir görülməyib. Ümid edirik ki, yaxın zamanda problem aradan qaldırılacaq", - Ülvi Əzizov deyib.
United Logistics Group şirkətinin rəhbəri Ü.Əzizov vurğulayıb ki, yuxarıda adı çəkilən 3 karqo şirkəti olan “Bahar Kargo”, “Sürət Kargo”, “Nurlu Kargo” -nun Bakıda və Naxçıvanda fəaliyyət göstərmək üçün lisenziyaları olsa da, bəzi filallarının lisenziyası olması şübhə altındadır.
Normal bazar tarifləri:

Haqsız olduğu iddia edilən tariflər:


Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 29 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























