Bank BTB MİDA xətti ilə güzəştli mənzillərin ipoteka kreditləşməsinə başlayıb ®
Maliyyə bazarında ipoteka kreditləşməsi üzrə qabaqcıl banklardan biri olan Bank BTB mənzil sahibi olmaq istəyən şəxsləri yenidən sevindirəcək. Belə ki, növbəti aylar ərzində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal 2, Gəncə və Hövsan 2 Yaşayış Kompleksləri üzrə mənzillərin satışı reallaşacaq. Bank BTB güzəştli kateqoriyaya aid vətəndaşlarımızı mənzil sahibi olmağa dəvət edir.
Bank BTB tərəfindən təqdim olunan MİDA ipoteka kreditinin əsas üstünlüyü rəsmiləşdirmə prosesinin sürətli və rahat olmasıdır. Belə ki, kredit üçün müraciət edən müştəri lazım olan sənədlər toplusunu banka təqdim etdiyi halda rəsmiləşdirmə 1 iş günü ərzində həyata keçirilir.
Bu fürsətdən yararlanmaq üçün müştərilər Bankın xidmət şəbəkəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, Bank BTB MİDA MMC ilə 2017-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən artıq 6 ildir ki, əhaliyə illik 4%-lə güzəştli ipoteka kreditlərini təklif edir. Sadəcə onu demək kifayətdir ki, bu günə qədər Bank BTB vasitəsilə 1300 mənzilin alınması üçün 56 milyon manatdan çox kredit verilib.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
14 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
44 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















