"Capitals Auction" şirkəti saxtalaşdırma iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğu "Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb edilib" başlıqlı xəbərində qeyd edib ki, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri barəsində həmin qurumdan Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırma aparılan zaman “Capitals Auction” MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri ifşa edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Anar Cəlilovun qeyd olunan MMC-nin direktoru vəzifəsində işləyərkən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında təhvil aldığı 30 min manat dəyərində müsadirə edilmiş dərman preparatlarının guya vətəndaş tərəfindən hərracda daha aşağı qiymətə alınmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Anar Cəlilova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
"Capitals Auction" MMC Baş Prokurorluğun yaydığı xəbərdəki ittihamları təkzib edir:
"Capitals Auction" MMC-dən Marja-ya daxil olmuş məlumatda deyilir:
"Məlumat üçün bildiririk ki, "Capitals Auction" MMC sifariş əsasında açıq hərracların təşkili ilə məşğuldur. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında müsadirə olunmuş əmlakların satışı üzrə kütləvi informasiya vasitələrində tərəfimizdən elan verilmiş və əmlakların satışı ilk dəfə açıq hərrac vasitəsi ilə təşkil edilmişdir. Diqqətinizə çatdırırıq ki, "Capitals Auction" MMC ümumilikdə əmlakların qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmamışdır və qanunvericiliyin tələblərinə uyğun olaraq bu fəaliyyətlə məşğul ola bilməz. Eyni zamanda hərrac mərkəzi qanunvericiliyə uyğun olaraq “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan əmlaklarla tanış olmamış və heç bir halda həmin əmlakları təhvil almamışdır. Lakin paylaşılan rəsmi xəbərdə bütün bunların əksi göstərilir. Bu da özlüyündə müxtəlif saytların oxunaqlı olsun deyə spekulyativ, fərqli və həqiqəti əks etdirməyən başlıqlar altında şirkətin işçi nüfuzuna təsir edə biləcək və ictimaiyəti yanıldacaq xəbərlər paylaşmasına gətirib çıxarıb. Yəni həmin əmlakların qeyd olduğu kimi tərəfimizdən dəyərindən ucuz qiymətləndirilməsi, təhvil götürülməsi və mənimsənməsi qeyri-mümkün olmaqla yanaşı heç bir faktla təsdiq edilmir və reallığı əks etdirmir. "Capitals Auction" MMC-nin direktoru vəzifəsini müvəqqəti əvəz edən əməkdaşı ilə bağlı tərəfinizdən verilən hüquqi qiymətin məhkəmə perspektivi olması səbəbindən bununla bağlı ictimaiyətə ətraflı məlumat veriləcəkdir".
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)












