"“Qaçqınkom”da 20,1 milyon manat vəsait düzgün istifadə edilməyib"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit başa çatıb.
Hesablama Palatasından bildirilib ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi, eləcə də həmin şəxslər üzrə kommunal xidmətlərin haqqının ödənilməsi məqsədilə dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılmış vəsaitin istifadəsinə dair auditi zamanı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları” ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığı müəyyənləşdirilib.
Belə ki, Komitə tərəfindən Qaydaların 2.2-ci, 2.12-ci və 2.13-cü bəndlərində göstərilmiş kateqoriyalar çərçivəsində hüquqi aktlarda müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmaması büdcə xərclərinə ümumilikdə 20,1 mln. manat məbləğində əlavə tələbatın formalaşmasına şərait yaratmaqla vəsaitin düzgün istifadə olunmaması ilə nəticələnib.
Vahid aylıq müavinət ödənişi həyata keçirilmiş məcburi köçkünlərdən 2020-2022-ci illərdə dövlət qulluğu vəzifəsində işlədiyi dövrdə 767 nəfərə, dövlət qulluqçusu kimi yaşa görə pensiya ilə təmin olunduğu dövrdə 242 nəfərə, dövlət qulluğunun xüsusi növündə xidmət etdiyi dövrdə 2943 nəfərə, qeydiyyat ünvanını ərazisi işğal olunmamış rayona dəyişmiş 70 nəfərə müavinət ödənilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)





