Qlobal bazarlarda defolt qorxusu - GÜNƏ BAXIŞ
ABŞ-da borc limiti müzakirələrinin növbəti raundunda da nəticə əladə olunmaması səbəbilə artan qeyri-müəyyənliklər fond birjalarında ciddi geriləmələrə səbəb olub. Əvəzində isə “cash” dollara tələbin artması fonunda dollar indeksi yenidən 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinə çatıb.
“Buğalar” DXY-ı 103.50 bəndin üzərində saxlaya bilsələr, indeksdə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Qeyd edək ki, Ağ Ev və Respublikaçıların nümayəndələri dünən borc limiti ilə bağlı müzakirələri davam etdirsələr də, bu dəfə də razılıq əldə etmək mümkün olmayıb.
Makroiqtisadi məlumatlara gəldikdə isə, ABŞ-da Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) may ayında 1.7 bənd azalaraq 48.5-ə düşüb. Bu isə inkişaf həddi hesab edilən 50.0 bənd səviyyəsindən çox aşağıdır.
Ölkədə yeni ev satışları isə aprel ayında aylıq müqayisədə 4.1% artaraq 683 minə yüksəlib.
Bu gün gün ərzində İngiltərədə inflyasiya göstəriciləri, Amerikada isə FOMC-un son toplantısının protokolları dərc olunacaq. Həmçinin İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın açıqlamaları investorların diqqət mərkəzində olacaq.
Amerikada günü-gündən artan defolt qorxuları nəğd dollara tələbi artırmaqla yanaşı, yaşana biləcək resesssiya ehtimalları da “güvənli liman” olaraq qızıla tələbin artmasına səbəb olub. Beləki, dünən 1954$-a kimi ucuzlaşan qızıl bu səviyyələrdən dəstək alaraq yenidən bahalaşmağa başlayıb. Qiymətli metalın bir unsiya üzrə qiyməti 2000$ səviyyəsinin üzərinə yüksələrsə, artım tendensiyası yenidən bəpa oluna bilər. Hazırda 1977$-dan təklif olunan qızılın qiyməti 1980$-ın üzərində möhkəmlənə bilsə, 1994$ və 2010$-a kimi bahalaşa bilər.
Təhlil İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























