Kapital Bank və onun rəhbər şəxsi qlobal mükafata layiq görülüb
(®) Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank daha bir nüfuzlu mükafata layiq görülüb.
Belə ki, Kapital Bank və onun Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova “Employer Brand Stars” (“İşəgötürən Brendi Ulduzları”) qlobal təltifləri üzrə Liderlik istiqamətində olan ən yüksək sayılan qızıl mükafata layiq görülüb.
“Kapital Bank bu gün Azərbaycanda işçi sayına görə ən böyük bankdır. Biz təkcə işçi sayımızı deyil, paralel olaraq işçi təcrübələrimizi və məmnuniyyətini artırırıq. İlk hədəfimiz budur ki, bankda çalışan hər bir insan işdən evə qayıdarkən özü ilə yeni biliklər, əvəzsiz təcrübələr və pozitiv emosiyalar aparsın. Bizim işçi dəyər təklifimiz məhz inkişaf və öyrənmə üzərində qurulub. Ölkəmizin ən böyük işəgötürənlərindən biri kimi bu mükafatı Azərbaycan şirkəti olaraq ilk dəfə məhz biz əldə etmişik”, - deyə, Kapital Bank-ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova bildirdi.
Qeyd edək ki, mükafat London mərkəzli “Employer Brand Academy” tərəfindən təşkil edilir və namizədlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndilir. Bu ilki tədbirdə mükafatlandırılanlar arasında Türkcell, Philipp Morris və s. kimi iri şirkətlər də olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















