Prezidenti və birinci xanım Bakıda sərgilər ilə tanış olublar
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilərlə bağlı məlumat verib.
Bildirilib ki, hər il olduğu kimi, bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunur. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər.
Dövlətimizin başçısı və birinci xanım sərgidə “Grow Group Azərbaycan”, “Maschio Gaspardo”, “New Holland”, “Rostselmaş”, “MySilo”, “Rauch Landmashchinen”, “SwissGrow”, “AfiMilk”, “Gowan”, “Can-Pa” şirkətlərinin, Çexiyanın, İtaliyanın, Belarusun, Gürcüstanın, ABŞ-ın və Niderlandın stendləri ilə tanış oldular. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikaları, əkin-biçin aqreqatları və kənd təsərrüfatı məhsulları təqdim olunur.
Naxçıvan Muxtar Respublikasının stendi ilə tanışlıq zamanı bildirildi ki, kənd təsərrüfatı məhsullarının istehsalında ərzaq və qida təhlükəsizliyi başlıca şərtlərdən biridir və Naxçıvan fermerləri daha çox orqanik məhsulları yetişdirməyə üstünlük verirlər.
Burada müxtəlif yarış və müsabiqələrin qalib aqrar startapçıları tərəfindən arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, ənənəvi balıqyetişdirmə üsullarını hidroponik əkinçiliklə birləşdirən sistem, bioqaz, alternativ enerji mənbələrindən əldə edilmiş hidrogen qazı, ağıllı istixana idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən aqrorobot, avtomobillər üçün portativ qida bloku, külək və günəş izləmə qurğuları, idarəolunan günəş panelləri, uzaqdan idarəolunan sayğaclar, külək turbinləri, iqlim stansiyası, dəqiq suvarma idarəçiliyi üçün sensor, suvarmada istifadə olunan günəş enerjisi ilə işləyən inventorlar sərgilənir.
Bildirilib ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində KOBİA-nın dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər.
Sərgi çərçivəsində açıq sahədə kənd təsərrüfatında istifadə olunan texnikalar nümayiş olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərtexnika” MMC, “Agritex” MMC, “Agromotors” şirkətlərinin və Gəncə avtomobil zavodunun texnikaları ilə tanış oldular.
Qeyd edək ki, üç gün davam edəcək sərgilər çərçivəsində Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yaşıl kənd təsərrüfatı” və digər mövzular müzakirə ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)














.jpg)




