Azərbaycanda Bolt sürücüləri üçün mərkəzlər açılıb
2023-cü ilin aprel ayından bəri Bakıda Bolt sürücüləri üçün 3 mərkəz açılıb. Onlar hal-hazırda fəaliyyət göstərir.
Bu barədə Marja-ya Bolt şirkətindən bildirilib.
Qeyd edilib ki. Bolt mərkəzlərində sürücülər qeydiyyatdan keçə, sənədlərin hazırlanmasında kömək əldə edə, həmçinin Bolt məsləhətçiləri ilə şəxsən söhbət edərək, onları maraqlandıran sualları verə bilərlər. Bundan əlavə, bu mərkəzlərdə sürücülər ümumi təlim keçə və reytinqin artırılması, daha çox sifarişin yerinə yetirilməsi və qazancı artırmağın yolları ilə bağlı tövsiyələr ala bilərlər. Burada mütəxəssislər tətbiqin işləmə qaydası, gedişlərin qiymətinin formalaşması üsulu barədə sizə ətraflı məlumat verəcəklər. Eləcə də mərkəzlərdə sürücülər üçün bonuslar və Bolt-un keçirdiyi kampaniyalar barədə bütün məlumatları əldə etmək mümkün olacaq.
“Bolt şirkəti əməkdaşlıq etdiyi sürücülərin qeydinə qalır. Müasir dünyada işgüzar ünsiyyətin getdikcə daha çox onlayn formata keçməsinə baxmayaraq, biz Bolt olaraq bütün istifadəçilərlə ünsiyyətə açığıq və xidmətdən istifadə etmək üçün lazımi bacarıqlara malik olmayan, yaxud şəxsi görüşə üstünlük verən sürücülərə kömək etməyə hazırıq. Məhz bu səbəbdən də Bolt mərkəzlərini yaradırıq. Burada mütəxəssislər sürücülərə onları maraqlandıran bütün suallarla bağlı məsləhətlər verəcək və onların problemlərini operativ şəkildə həll edəcək. Əməkdaşlıq etdiyimiz sürücülərin Bolt şirkətinin dəstəyini hiss etməsi və mərkəzlərimizdə onlara hərtərəfli köməklik göstəriləcəyindən əmin olması bizim üçün olduqca vacibdir”, – deyə Bolt şirkətinin Azərbaycanda gediş sifarişi istiqaməti üzrə rəhbəri Naim Əzizov qeyd edib.
Bolt mərkəzlərinin ünvanı:
Xocalı pr., 55;
General Səmədbəy Mehmandarov küçəsi,16;
H.Cavid pr., 78.
Mərkəzlərin iş saatı 09:00-18.00. Ofislərdə qəbul canlı növbə qaydasında aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




