"Bazar yalnız icbari sığorta məhsullarının hesabına inkişaf edə bilməz" - ŞİRKƏT SƏDRİ
PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova Azərbaycan sığorta bazarında şirkətlər və müştərilərlə arasında olan əsas çətinlikləri sadalayıb.
Ülviyyə Cabbarova ilə 2022-ci ilin yekunları mövzusunda danışarkən bildirib ki, ən çox ortaya çıxan problemlər sırasında olan yüksək sığorta tarifləri, keyfiyyətsiz xidmət, sığorta müqavilələrinin aydın olmayan şərtləri, obyektiv şəkildə hesablanmayan zərər məbləği və s. kimi məqamlar sığorta şirkətlərinə qarşı inamsızlığın yaranması ilə nəticələnir:
"Bu da öz növbəsində sığortaya olan marağın azalmasına gətirib çıxarır. Sığorta şirkətlərində müştəri ehtiyaclarının diqqət mərkəzində saxlanılması, daxili proseslərin təkmilləşdirilməsi bu cür problemlərin həll olunması üçün çox vacibdir. Daha öncə də qeyd etdiyim kimi, şirkətimiz bu istiqamətdə davamlı işlər aparır".
Ülviyyə Cabbarova qeyd edib ki, digər tərəfdən sığorta məhsullarına tələbatın az olması əhalinin sığorta məlumatsızlılığından irəli gəlir:
"Bunun ən bariz nümunəsini icbari əmlak sığortası istiqamətində müşahidə edirik. İllik sığorta haqqının təminatla müqayisədə olduqca aşağı olmasına baxmayaraq daxili hesablamlarımıza görə məhsul üzrə penetrasiya cəmi 5.3% təşkil edir. Nəzərə çarpan odur ki, yalnız son vaxtlar iri ticarət obyektlərində, yaşayış binalarında baş verən yanğın hadisələri əmlakın sığortasına olan tələbatı aktuallaşdırıb".
Ülviyyə Cabbarova, "Ümidvericidir ki, son illərdə bu istiqamətdə nisbi artım müşahidə olunur, bu da aparılan maarifləndirmə işlərinin nəticəsidir" deyib və belə davam edib:
"Məsələn, Azərbaycan Sığortaçılar Assosasiyası ilə birgə ümumi maarifləndirmə layihələrinə dəstək veririk. Bazarda geniş paya sahib olan bir şirkət olaraq biz bütün kommunikasiya kanallarımız vasitəsilə əhali arasında məlumatsızlığın aradan qaldırılmasında aktiv iştirak edirik. Çünki bizim sığorta bazarının inkişaf potensialına inamımız çox güclüdür.
Bununla yanaşı, məlumdur ki, bazar yalnız icbari sığorta məhsullarının hesabına inkişaf edə bilməz. Bu növ sığorta məhsullarının satışı asan olduğu üçün sığorta şirkətləri çox vaxt onlara fokuslanırlar. Müştərilər könüllü sığortanın faydasından daha az məlumatlı olduqlarına görə, könüllü sığortanın bir sıra təminat üstünlüklərini əldən qaçırırlar. İdealda icbari sığorta müştərilərin ehtiyaclarını daha geniş əhatə edən könüllü sığorta növlərinin inkişafına təkan verməlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
-
- 7 d. əvvəl
-
25 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
27 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal


























