"İdeal Kredit" 2022-ci ili gözəl başa vurub
BOKT "İdeal Kredit" MMC 2022-ci ili 1 milyon 39 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 646 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, ötən il kredit təşkilatının xalis mənfəəti 393 min manat və ya 60,9% artıb.
Marja.az xəbər verir ki, "İdeal Kredit"in faiz gəlirləri 2021-ci ildə 1 miylon 118 min manat ikən, 2022-ci ildə 1 milyon 761 min manat təşkil edib (644 min manat artıb). Təşkilatın haqq və komissiya gəlirləri isə 214 min manatdan 295 min manata yüksəlib.
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə "İdeal Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 878 min manat və ya 55,1% artaraq 8 milyon 99 min manata çatıb. 2021-ci ilin sonunda kredit təşkilatının kredit portfeli 5 milyon 221 min manat təşkil etmişdi.
Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti 11.11.2014-cü il tarixdən fəaliyyət göstərir. BOKT istehlak və biznes kreditlərinin verilməsilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
























