SOCAR istiqrazı sahiblərinin qazancı 6 milyon ABŞ dollarını ötdü
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının altıncı kupon ödənişi 1 may 2023-cü il tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bakı Fond Birjasında yerləşdirildiyi 18 aylıq müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilən yeni SOCAR İstiqrazları altıncı kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 6 milyon 750 min ABŞ dollarına yüksəlib. (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.)
Təkrar bazar əməliyyatları həcminin 32 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 450-yə yüksəlməsi və ən çox ticarət olunan korporativ maliyyə aləti statusunu qoruyub-saxlaması SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycanda qeydiyyatdan keçmiş bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 avqust 2023-cü il tarixində baş tutacaq.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və socarcapital.az, socaristiqraz.az veb-saytlarına müraciət edə bilərsiniz.
Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1-5 saylı ASAN xidmət mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
24 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























