Su qıtlığı ilə əlaqədar kartof əkininə tez başlanılıb
"Sevinc" və "Telman", yoxsa "Kolombo" və "Anna Koroleva"Tovuzda cari ilin məhsulu üçün kartof əkininə başlanılmış və son məlumata görə, 3300 hektarda kartof əkilmişdir. Əkində, əsasən, yerli və xarici kartof toxumlarından istifadə olunur. Yerli sortlardan "Əmiri-600", "Sevinc", "Telman", xarici sortlardan isə "Alegriya", "Melodi", "Orkestra", "Kolombo", "Silvanna", "Anna Koroleva", "Celli" sortlarına üstünlük verilir. Tovuzda kartofçuluqla məşğul olan çoxlu sayda fermer təsərrüfatları var. Onlar kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnikaların köməyi ilə həyata keçirirlər.
Ən çox kartof əkən təsərrüfatlardan biri də "Turqut" MMC-dir. Müəssisə ötən il 100 hektardan məhsuldarlıq 170 sentner olmaqla 1700 ton məhsul götürmüşdür. Ümumiyyətlə, rayonda hər il kartofçuluqda yüksək göstəricilər əldə edən təsərrüfatlar çoxdur. "Tovuz Aqrokompleks" MMC ötən il 92 hektar sahədə kartof yetişdirmiş, hər hektardan 630 sentner olmaqla 5796 ton məhsul toplamışdır. "Azəraqraristehsalat və Emal Birliyi" MMC isə 68 hektardan 3036,60 ton məhsul götürmüşdür. Fiziki şəxs Ədalət Məhərrəmov da yüksək göstəricilərə nal olmuşdur. 30 hektar sahədə kartof yetişdirən fermer məhsuldarlıq 480 sentner olmaqla 1440 ton məhsul əldə etmişdir.
Rayonda ən çox kartof əkən fermerlərdən biri də Bozalqanlı kəndində Kamal Ələkbərovdur. Təxminən hər il 100 hektarda kartof yetişdirən təsərrüfat sahibi hektarda orta hesabla 50 tondan çox məhsul istehsal edir. Mövsüm ərzində 200 nəfəri işlə təmin edən Kamal Ələkbərov əkin sahələrini müasir çiləyici aqreqatlarla təmin edib. Bundan başqa, istehsal etdiyi kartofu saxlamaq üçün təsərrüfatın 3 min tonluq soyuducu anbarı da var.
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov deyir ki, ölkədə ikinci ən böyük kartof istehsalçısı olan Tovuz rayonunda məhsulun saxlanması üçün də tədbirlər görülür. Ən çox diqqət soyuducu anbarların sayının artırılmasına yönəldilmişdir. Hazırda rayonda 40-a yaxın soyuducu anbar var. Təsərrüfat sahibləri bu anbarların gücündən maksimum istifadə etməyə çalışırlar. Onlar hər il yetişdirdikləri kartofu anbarlara yığaraq qış mövsümündə satışını həyata keçirir, nəticədə daha çox qazanc əldə edirlər.
Onu da qeyd edək ki, cari mövsüm Tovuzda kartof əkininə ötən illərlə müqayisədə bir qədər tez başlanılıb. Bunun səbəbi mövcud su qıtlığı ilə əlaqədardır. Rayonda, əsasən, təbii suvarma mənbələrindən olan Zəyəm çayında yay aylarında suyun azalacağı ehtimalı fermerləri bir qədər tələsməyə məcbur edib.
Ötən illərdən fərqli olaraq builki əkinlərin 90 faizinin kənd təsərrüfatı texnikasının köməyi ilə aparılmsı nəzərdə tutulur. Texnika hesabına məhsulun maya dəyəri aşağı düşür. Hazırda rayonda elə iri təsərrüfatlar var ki, onlar kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnika ilə həyata keçirirlər.
Ümumiyyətlə, Tovuzda kartofçuluğa maraq çoxdur. Rayon sakinləri iqtisadi cəhətdən gəlirli sahəyə çevrilən bu məhsulun istehsalını ildən-ilə artırmaq üçün var qüvvələrini əsirgəmirlər. Əldə etdikləri gəlir isə onları daha yüksək göstəricilərə nail olmağa həvəsləndirir.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
29 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















