SİMA ilə “Meqa Həyat Sığorta”dan Həyatın Yaşam Sığortasını əldə et!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza sığorta sahəsində tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
SİMA rəqəmsal imza artıq “Meqa Həyat Sığorta” ASC ilə inteqrasiya prosesini yekunlaşdırıb. İndi vətəndaşlar sığorta şirkətinin portalında qeydiyyatdan keçdikdən sonra şəxsi kabinet vasitəsilə Həyatın Yaşam Sığortası üzrə müraciət edərkən “Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi”ni (FATCA/CRS) SİMA vasitəsilə rahat və çevik şəkildə imzalaya biləcəklər.
SİMA ilə inteqrasiyadan əvvəl vətəndaşlar anketi kağız daşıyıcıda əllə doldururdular. “Meqa Həyat Sığorta” şirkəti vətəndaşlara təqdim etdiyi bu xidməti indi SİMA yeni nəsil rəqəmsal imza ilə elektronlaşdırıb.
Artıq sənədin SİMA vasitəsilə imzalanması vətəndaşların vaxtına, tərəfdaşların isə xərclərinə qənaət etməsinə xidmət edəcək.
Qeyd edək ki, SİMA ilə “Meqa Həyat Sığorta” ASC-nin digər xidmətlər üzrə inteqrasiya prosesi davam etdirilir. Növbəti mərhələdə “Kredit həyat sığortası” məhsulu üzrə müraciətlərin SİMA ilə həyata keçirilməsi nəzərdə tutulur.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























