İntensiv yağıntıların kənd təsərrüfatına təsiri açıqlanıb
Bir neçə gün əvvəl Biləsuvar rayonunda müşahidə olunan intensiv yağıntılar kənd təsərrüfatına zərər vurub.
Fermerlər bildirib ki, intensiv yağıntının, əsasən, adi ota müəyyən qədər xeyirləri var. Onların sözlərinə görə, hazırda adi ot və yonca biçini başladığı üçün yanğıntılar bu təsərrüfat sahəsinə zərər verir.
Həmçinin fermerlər qeyd edib ki, bu il rayonda su qıtlığı olduğu üçün bəzi taxıl sahələrini vaxtında suvarmaq mümkün olmayıb. Buna görə də, həmin sahələr inkişafdan qalıb. Onlar hesab edirlər ki, indiki yağışın taxıl sahələrinə heç bir xeyiri yoxdur.
Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev bildirib ki, intensiv yağış inkişaf gedən taxıl sahələrinə müsbət təsir göstərəcək:
"Eyni zamanda bu yağıntının biçilmiş ot və yonca sahələrinə də xeyirləri olacaq. Çünki torpaqda rütubət formalaşır və torpaq nəm olur. Bu da öz növbəsində bitkinin ömrünü uzadır. Amma intensiv yağışın inkişafdan qalan taxıl sahələrinə heç bir xeyiri yoxdur".
Qeyd edək ki, bir neçə gün əvvəl Biləsuvar və Cəlilabad rayonları ərazisinə intensiv yağıntılar düşüb. Güclü yağış, tufan və dolu Cəlilabad rayonunda çiyələk sahələrinə zərər vurub, çiyələk kolları və meyvələri zədələnib. Buna görə də, əkin sahələrində meyvələr sürətlə çürüməyə başlayıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















