"Bank Avrasiya"nın xalis mənfəəti 2 dəfədən çox artıb
"Bank Avrasiya" ASC 2023-cü ilin ilk rübünü (yanvar-mart) 1 milyon 555 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 763 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Avrasiya"nın xalis mənfəəti 2023-ci ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2 dəfədən çox artıb. Bankın xalis mənfəətin artması faiz gəlirlərin artmasından və faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara vəsait ayırmamasından qaynaqlanır.
Marja xəbər verir ki, 2023-cü ilin ilk rübündə "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri faiz gəlirləri) 4 milyon 433 min manat təşkil edib. Bank ötən ilin 1-ci rübündə 3 milyon 566 min manat cəmi əməliyyat gəlirləri əldə etmişdi. Beləliklə, "Bank Avrasiya"nın cəmi əməliyat gəlirləri 867 min manat artıb.
2023-cü ilin ilk rübündə "Bank Avrasiya"nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2 milyon 580 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 7 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 452 min manat ayırıb.
2021-ci ildə "Bank Avrasiya"nın əməliyyat mənfəəti 1 milyon 355 min manat təşkil etmiş və ehtiyatlara 591 min manat ayrımışdı.
"Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ilk rübdə 3 milyon 991 min manat və ya 3,2% artaraq 31 Mart 2023-cü il tarixində 129 milyon 343 min manata çatıb.
"Bank Avrasiya"nın cəmi aktivləri ilk rübdə 4 milyon 374 min manat azalaraq 219 milyon 894 min manata, depozit portfeli isə 5 milyon 627 min manat azalaraq 74 milyon 72 min manata düşüb.
31 Mart 2023-cü il tarixində "Bank Avrasiya" 74 milyon 519 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub





















