AMFA və Mediasiya Şurası anlaşıb
20 aprel 2023-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Mediasiya Şurası (Şura) arasında dəyirmi masa görüşü keçirilib və görüşün sonunda birgə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AMFA-nın yaydığı məlumatda bildirilir ki, Memorandumu AMFA-nın Müşahidə Şurasının Sədri Cəlal Əliyev və Mediasiya Şuranın Sədri Nadir Adilov imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişlərini rəhbər tutaraq mediasiya proseslərinin daha da təkmilləşdirilməsi, mikromaliyyə sahəsində yaranan mübahisələrinin qısa zamanda alternativ yolla həll olunmasına, o cümlədən mülki və kommersiya mübahisələrinin həllində mediasiyanın rolunun artırılmasına tövhə vermək, mediatorların, vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına, ölkədə məhkəmə-hüquq sisteminin inkişafına və optimallaşmasına dəstək verməkdir.
İmzalama mərasimində həmçinin Mərkəzi Bank, AMFA və Mediasiya Şurasının nümayəndələrindən ibarət “Maliyyə Mübahisələri Komitəsi”nin üzvləri və AMFA-nın üzv təşkilatlarının səlahiyyətli nümayəndələri də iştirak ediblər. Görüşdə mübahisələrin alternativ həlli yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə geniş məlumat verilib və suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti



















.jpg)




