“Forbes” Durovu ən çox “kasıblayan” rus milyarder adlandırıb
Forbes jurnalı 2022-ci ildə Rusiyadan olan ən yoxsullaşan 13 milyarderin reytinqini tərtib edib. Reytinqə Telegram messencerinin yaradıcısı Pavel Durov başçılıq edib.
Marja nəşrin reytinqinə istinadən xəbər verir ki, il ərzində Telegram-ın təsisçisinin sərvəti 3,6 milyard dollar azalıb və 11,5 milyard dollar təşkil edir. Durovun 2022-ci ildə Rusiya üzrə Forbes reytinqində tutduğu üçüncü yerdən 2023-cü ildə onuncu yerə keçib.
"Reytinqdə ikinci yerdə sərvəti il ərzində 1,1 milyard dollar azalan özəl investor Leonid Boquslavskidir", Forbes bildirir. Nəşr qeyd edir ki, Boquslavskinin fondları Avropa, Amerika və Asiyadan olan 125 İT şirkətində səhmlərə malikdir və onların bir çoxu 2022-ci ildə ucuzlaşıb. Boquslavski, bir il ərzində kapitallaşması iki dəfədən çox azalan Datadog şirkətində paya sahibdir.
Reytinqdə üçüncü yeri hər birinin sərvəti 1,1 milyard dollar azalaraq 7 milyard dollar olan Dmitri və İqor Buxman tutublar.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
14 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
14 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir





















