Naxçıvanda böyük məscid kompleksi tikilir - eyni vaxtda 5 min nəfər ibadət edə biləcək
Naxçıvan şəhərinin görkəmli yerlərindən birində Heydər məscidi kompleksi ucaldılır və yaxında tikintisi başa çatacaq.
Marja xəbər verir ki, eyni vaxtda 5 min nəfərin ibadət edə biləcəyi kompleks 6 min 400 kvadratmetr sahəni əhatə edir. Bununla belə iki minarəli 15 günbəzli məsciddə qadın və kişilər üçün ayrıca ibadət zalı və mədrəsə olacaq.
Naxçıvan və Şərq memarlıq məktəbi üslubunda tikilən məscidin minarələrinin hündürlüyü 40, günbəzlərinin hündürlüyü isə 12 metrdir.
Həmçinin kompleksdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər otaqlar, mərasim evində isə qadın və kişilər üçün ayrıca bölmələr, eləcə də dəstəmazxanalar olacaq. Hazırda məscid kompleksində işlərin böyük bir hissəsi yekunlaşıb.
Hazırda muxtar respublikamızda 214 məscid fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























