Azərbaycanın alüminium zavodunu Çin şirkəti yenidən qura bilər
“Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” MMC və Çin Xalq Respublikasının “CHALIECO” şirkətinin nümayəndə heyəti arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair görüş keçirilib.
ASC-dən bildirilib ki, “CHALIECO” şirkəti alüminium zavodlarının qurulması və istehsalı üzrə layihələrin hazırlanmasında dünyanın aparıcı şirkətlərindən biridir, şirkət tərəfindən bu sahə üzrə 250-dən çox beynəlxalq layihələr icra edilmişdir.
Görüş zamanı alüminium zavodunun istehsal gücünün artırılması, alüminium istehsalı üçün tələb olunan xammallar üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin birgə işlənməsi mövzusunda müzakirələr aparılmışdır.
Görüşün sonunda birgə əməkdaşlığın növbəti mərhələsində ilkin olaraq fəaliyyət planı hazırlanaraq razılaşdırılmış və qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması, yeni görüşlərin keçirilməsi qərara alınmışdır.
Qeyd olunmalıdır ki, ölkəmizdə işgüzar səfərdə olan “CHALIECO” şirkətinin rəhbər və texniki heyəti “Azərlalüminium” MMC-nin Gəncə Alüminium Kompleksində olmuş, istehsal prosesinin daha da təkmilləşdirmə yolları barədə müzakirələr aparılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























