Dollar üzərində təzyiqlər bir qədər də artıb - GÜNƏ BAXIŞ
“OPEC”-in neft hasilatının əlavə olaraq 1.6 milyon barel azaldılması ilə bağlı qərarından sonra neft qiymətlərinin kəskin bahalaşması onsuz da yüksək inflyasiya səviyyəsindən narahat olan mərkəzi bankların narahatçılığını daha da artıra bilər. Bu amil mərkəzi bankları faiz dərəcələrini daha uzun müddət və daha yüksək səviyyələrdə saxlamağa məcbur etməklə iqtisadi artımı azalda, resessiya ehtimallarını gücləndirə bilər.
FED rəsmilərinin və ABŞ maliyyə naziri Janet Yellenin neft qiymətlərindəki bu bahalaşmanın ən çox da FED-in inflyasiya ilə mübarizəsində ciddi çətinliklər yarada biləcəyi yönündəki açıqlamaları, həmçinin ABŞ-da Tədarük İdarəetmə İnstitutu (ISM) İstehsalatda Biznes Aktivliyi İndeksinin mart ayında 46.3 bənd ilə bazar gözləntilərinin altında açıqlanması dollar üzərində təzyiqlərin bir qədər də artmasına səbəb oldu.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıla tələb yenidən artıb. Təhlillərə əsasən hazırda 1980$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1986$ səviyyəsinin üzərinə yüksəlsə, artım tendensiyasının 2010$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






