3 illik fasilədən sonra 4-6 apreldə yenidən keçiriləcək
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - “AITF 2023” bu il 4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Caspian Event Organisers şirkətinin yaydığı məlumatda bildirilir ki, “AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirəcək.
Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirir. Bu tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayacaq, Azərbaycan xalqının qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirəcək.
Fəal istirahətin ən geniş yayılmış və kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən və səyahət etdiyi ölkələrdə sevilən qonaq olan Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq.
Sərgidə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılacaq. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Bu dəfəki sərgi də istisna olmayacaq və Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcək.
Bu il sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”-ün Baş Sponsoru qismində çıxış edir. Özbəkistan isə tərəfdaş ölkə olacaq.
Sərgi aşağıdakı istiqamətləri əhatə edəcəkdir:
Gediş turizmi (Outbound tourism)
Yerli turizm (Domestic tourism)
Gəliş turizmi (Inbound tourism)
“AITF 2023”-də tibbi və sağlamlıq turizmi, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səyahət agentlikləri, turoperatorlar və s. kimi bir sıra sektorlar təqdim olunacaq.
İştirakçıları və ziyarətçiləri zəngin və maraqlı proqram gözləyir. “AITF 2023” çərçivəsində səyahət fotoqrafı Aydın Sadıxovun fotosərgisi nümayiş olunacaq. Eləcə də, sərginin keçiriləcəyi Bakı Ekspo Mərkəzində Azərbaycan Turizm Blogerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə səyahət blogerləri ilə bağlı tədbir baş tutacaq. Bundan başqa, sərgi çərçivəsində “Turizm sahəsinin mütəxəssisi ol” mövzusunda panel müzakirəsi keçiriləcək.
Ənənəvi olaraq, sərgi günlərində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək, burada yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını və tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər.
“AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir. Belə ki, sərgi beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirdiyi, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən tədbirdir.
Qeyd etmək lazımdır ki, “AITF” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən keyfiyyət nişanına layiq görülüb. UFI tərəfindən sərgilərin keyfiyyət nişanı ilə təltif edilməsi onların bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanmasından sonra baş verir. Bu təşkilata üzvlük “AITF” sərgisinin beynəlxalq statusunun möhkəmlənməsinə xidmət edir.
“AITF 2023” sərgisinin təşkilatçısı isə Caspian Event Organisers şirkətidir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 18 saat sonra
-
-
18 d. əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
28 d. əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 32 d. əvvəl
-
37 d. əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
-
54 d. əvvəl
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
-
2 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
2 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Ən çox oxunanlar
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"






















