500 min ton pambıq istehsalı hədəfi qouldu - Dövlət Proqramı
Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcəkdir.
Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı
1. Giriş
Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Son illərdə bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirmiş, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaratmışdır. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçilir. Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilmişdir. "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı" (bundan sonra – Dövlət Proqramı) pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilmişdir.
2. Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti
Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmış, torpaqlarda meliorativ tədbirlər həyata keçirilmiş, irriqasiya sistemləri qurulmuş və pambıqçılığın elmi bazası gücləndirilmişdir. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon 15 min tona çatdırılmış, xammal və emal sənayesi üzrə regional ixtisaslaşma həyata keçirilmiş və güclü maddi-texniki baza yaradılmışdır.
Torpaqların mövcud vəziyyəti, təbii iqlim şəraiti, su ehtiyatları, əmək resursları və aqrotexniki servis xidmətinin səviyyəsi bir sıra bölgələrdə pambıq əkininin həyata keçirilməsinə imkan verir. Bununla belə, rəsmi statistik məlumatlara əsasən 1990-2015-ci illərdə pambıq əkini sahəsi və istehsalı azalmışdır. Təkcə 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil etmişdir. Lakin 2016-cı ildən etibarən pambıqçılığın inkişafı istiqamətində görülən əsaslı tədbirlər nəticəsində pambıq əkini sahəsi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 51,4 min hektara, pambıq istehsalı 2,5 dəfə artaraq 89,4 min tona çatdırılmışdır. "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1012-IIIQ nömrəli Qanunu pambıqçılığın hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi sahəsində mühüm addım olmuşdur. Son illərdə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində mühüm rol oynamış, bu sahəyə investisiyaların cəlb olunmasına və pambıq istehsalına marağı artırmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında" 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli Sərəncamına uyğun olaraq, təhvil verdikləri hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiyanın verilməsi və eyni zamanda, şirkətlər tərəfindən xam pambığın tədarük qiymətinin artırılması bu sahənin inkişafına əlavə stimul vermişdir. Dövlət Proqramı ölkədə müvafiq istiqamətdə aparılan işlərin daha da gücləndirilməsinə və pambıqçılığın sürətli inkişafına təkan verəcəkdir.
3. Dövlət Proqramının məqsəd və vəzifələri
3.1. Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir. 3.2. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
3.2.1. pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;
3.2.2. pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;
3.2.3. pambıqçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi;
3.2.4. pambıqçılığın infrastruktur təminatının yaxşılaşdırılması;
3 3.2.5. pambıq istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
3.2.6. pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması;
3.2.7. pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;
3.2.8. pambıqçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması;
3.2.9. pambıqçılıq məhsullarının ixracının təşviqi;
3.2.10. pambıqçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;
3.2.11. pambıqçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi;
3.2.12. pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsi.
4. Pambıqçılığın inkişafının əsas istiqamətləri
4.0. Azərbaycanda pambıqçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsəd və vəzifələrin reallaşdırılması üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
4.0.1. qabaqcıl idarəetmə təcrübəsinin, intensiv becərmə-suvarma texnologiyalarının tətbiqi hesabına xam pambıq istehsalının artırılması və bu sahədə səmərəliliyin təmin edilməsi;
4.0.2. pambıqçılığın müasir texnika ilə təminatının yaxşılaşdırılması;
4.0.3. pambıq istehsalında növbəli əkin sisteminin tətbiq edilməsi;
4.0.4. rayonlar üzrə pambığın optimal əkin sahəsinin müəyyənləşdirilməsi və ixtisaslaşmanın dərinləşdirilməsi;
4.0.5. mövcud pambıq emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi, mütərəqqi texnika və texnologiyalar əsasında yeni pambıq emalı müəssisələri yaradılmasının dəstəklənməsi; 4.0.6. dərin emal məhsulları istehsalının təşviqi;
4.0.7. yeni pambıq emalı məhsulları hesabına ixracın genişləndirilməsi;
4.0.8. dünya pambıq bazarında müşahidə edilən konyunktur dəyişikliklərinin, o cümlədən kimyəvi liflərin tekstil sənayesində istifadəsinin genişlənməsinin nəzərə alınması;
4.0.9. pambıq toxumçuluğu təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi və lifsiz toxum istehsalının təşkili.
5. Dövlət Proqramının maliyyələşmə mənbələri
5.0. Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
5.0.1. dövlət büdcəsi; 4 5.0.2. büdcədənkənar fondlar;
5.0.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;
5.0.4. yerli və xarici investisiyalar;
5.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
6. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
6.1. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaqdır.
6.2. Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaqdır.
6.3. Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcəkdir.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib











.jpg)










