Rusiya rublu ucuzlaşan neft ilə ucuzlaşır
Moskva birjasında dollar həftəni 77,06 rubla qədər bahalaşma ilə başa vurubCümə günü rubl Rusiya Federasiyası Mərkəzi Bankının əsas faiz ilə bağlı qərarına reaksiya vermədən həftə ərzində əhəmiyyətli dərəcədə ucuzlaşan neft fonunda ucuzlaşıb.
Marja xəbər verir ki, dolların məzənnəsi 66 qəpik artaraq 77,06 rubla, yuan 10 qəpik bahalaşaraq 11,19 rubla, avro isə 82 qəpik bahalaşaraq 82 rubla çatıb.
Gün ərzində dollar 0,9%, yuan 1%, avro 0,9% bahalaşıblar.
Dünya bazarında neft qiymətləri kəskin düşüb. Neftin qiyməti Rusiya büdcəsinin gəlirləri üçün çox önəmlidir, bu da öz növbəsində büdcə qaydası çərçivəsində Maliyyə Nazirliyi üçün Rusiya Federasiyası Mərkəzi Bankı tərəfindən valyuta alqı-satqısı parametrlərini müəyyən edir. Bu əməliyyatlar rublun məzənnəsinə təsir edir.
Həftə ərzində dollar 96 qəpik, yuan 22 qəpik, avro 1 rubl bahalaşıb. Eyni vaxtda, Brent markalı neftin bir barreli 82,78 dollar səviyyəsindən indiki təqribən 73 dollara düşüb.
Cümə günü də Rusiya valyutası son günlər neftin xeyli ucuzlaşması fonunda dollar, avro və yuana nisbətdə ucuzlaşmağa davam edib. Eyni zamanda, Rusiya Federasiyası Mərkəzi Bankının əsas faizini illik 7,5% səviyyəsində dəyişməz saxlaması ilə bağlı gözlənilən qərarı məzənnənin aşağı düşməsinə təsir göstərməyib.
"Milli valyutanın zəifləməsi neftin qiymətinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Neftin qiymətinin aşağı düşməsi ixrac gəlirlərinə birbaşa təsir edir və bu, sonradan büdcəyə mənfi təsir göstərir", - "Pervaya Management Company"dən Yevgeni Linçik şərh edir.
"Eyni zamanda, Rusiya Federasiyası Mərkəzi Bankı cümə günü milli valyutaya dəstək vermədən əsas faiz dərəcəsini 7,5% səviyyəsində saxladı. Tənzimləyicinin pul siyasətini sərtləşdirmək üçün şifahi müdaxilələri də Rusiyada qısamüddətli tendensiyanı dəyişdirə bilmədi” deyə əlavə edib.
Ötən gün Brent markalı neft 2,5% də ucuzlaşaraq bir barreli 72,9 dollar olub. Eyni zamanda, dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşı olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə dolların məzənnəsi) 0,6% azalaraq 103,8 bənd təşkil edib, lakin rubl buna məhəl qoymayaraq ucuzlaşıb.
"BCS World of Investments"dən Denis Buivolovun sözlərinə görə, növbəti həftə üçün dolların məzənnəsi üzrə proqnozu 75,5-77,5 rubl təşkil edir:
"Qlobal risk iştahı ABŞ-ın bank problemlərinin böyük maliyyə böhranına çevriləcəyi qorxularının güclü təzyiqi altında qalır. Neft bazarı bunu əmtəə tələbində potensial azalma riski kimi proqnozlaşdırır və buna görə Brent kotirovkaları aşağı düşür. Qərb ölkələri Rusiya neftinin tavan qiymətini endirməyə davam etməyi planlaşdırırsa, bu, Rusiya valyutası üçün ən əlverişli ssenari olmayacaq”.
Rublun zəifləməsi davam edərsə və inflyasiyanın artması riski yüksələrsə, o zaman Rusiya Mərkəzi Bankının növbəti iclasında uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edəcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)












