Qızıl daha da bahalaşa bilər
Cümə axşamı Avropa Mərkəzi Bankı ilin ilk iclasında uçot faiz dərəcəsini 50 baza bəndi artırdı. Bank sərt monetar siyasət dövrünə girdiyi vaxtdan bəri faiz dərəcələrini 350 baza bəndi artırıb. Beləliklə, faiz dərəcələri 2008-ci il böhranından bəri ən yüksək səviyyəyə qalxdı.
AMB-nin baş tutan mətbuat konfransında verilən açıqlamalar fonunda Avrozonada fevral ayı üçün inflyasiya proqnozlarının artdığı görünür. Beləki, fevral ayında İstehlak Qiymətləri İndeksinin (CPI) aylıq 0.8%-ə, illik 8.5%-ə, baza inflyasiyanın isə illik müqayisədə 5.6%-ə kimi yüksələrək yeni anti-rekorda imza atacağı proqnozlaşdırılır.
ECB-də inflyasiyanın 2023-cü ildə orta hesabla 5.3%, 2024-cü ildə 2.9% və 2025-ci ildə 2.1%, baza inflyasiyanın isə 2023-cü ildə orta hesabla 4.6%, 2024-cü ildə 2.5% və 2025-ci ildə 2.2% olacağı ehtimal edilir.
ECB qərarından sonra ilk reaksiya olaraq EUR/USD pariteti 1.06$-ın üzərinə yüksəlib.
Bu gün Avrozonada inflyasiya göstəriciləri AMB-nin proqnozlarına uyğun olaraq artımla açıqlanarsa, EUR/SD və GBP/USD məzənnələrində artım tendensiyası daha kəskin xarakter ala bilər.
Qızıl artan qeyri-müəyyənliklər fonunda “Güvəmli liman” rolunu uğurla davam etdirir. Dollar indeksinin 103.80 bənd hədlərinə geriləməsi qiymətli metalın bir unsiya üzrə dəyərinin 1933$-a kimi bahalaşmasına səbəb oldu. Əgər DXY geriləməyə davam edərsə, qızıl 1937$ və 1948$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























