Faiz qərarı ərəfəsində avro dollar qarşısında bahalaşıb
Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı ərəfəsində avro dollar qarşısında bahalaşıb.Cümə axşamı səhər saatlarında avronun dollara nisbətdə məzənnəsi ticarət məlumatlarına əsasən yüksəlir. Bank sektorundakı volatillikdən sonra bazarlar Avropa Mərkəzi Bankının (AMB, ECB ) əsas faiz dərəcəsi ilə bağlı qərarını gözləyir.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 11.02-yə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışdan 1.0575 dollardan 1.0609 dollara qədər bahalaşıb, dolların yenə nisbətdə məzənnəsi 133.4 yendən 132.88 yena kimi düşüb.. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,20% azalaraq 104,45 bənd təşkil edib.
Dünən bank sektoruna dair narahatlıqlar ilə avro/dollar məzənnəsi 2% geriləyərək 1,0525-ədək düşmüşdü.
Cümə axşamı günü daha sonra, ECB növbəti iclasdan sonra əsas faizləri ilə bağlı qərarını açıqlayacaq. Analitiklər hesab edirlər ki, tənzimləyici uçot dərəcəsini illik 3%-dən 3,5%-ə qaldıracaq ki, bu da tənzimləyicinin rəhbəri Kristin Laqardın martın əvvəlində verdiyi açıqlamalarla üst-üstə düşür. Ənənəvi olaraq, faiz artımı milli valyutanın dəyərini dəstəkləyir.
Avropa Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə saat 17:15-də açıqlayacaq.
Nəticələrin açıqlanması İsveçrənin Credit Suisse bankının səhmlərinin kəskin ucuzlaşmasından sonra Avropada bank sektorundakı volatillikdən bir gün sonraya təsadüf edir. Bundan əvvəl Credit Suisse-in əsas səhmdarı Səudiyyə Milli Bankı tənzimləmə problemlərini əsas gətirərək İsveçrə bankına əlavə maliyyə yardımı göstərilməsi imkanını istisna etmişdi. Daha sonra Credit Suisse ölkənin mərkəzi bankından 50 milyard frank (təxminən 53,7 milyard dollar) qədər borc alacağını bildirib.
ABŞ-ın bank sektoru ilə bağlı narahatlıqlar ötən həftə ABŞ-ın bir neçə bankının bağlanması ilə daha da güclənib. ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) məlumatına görə, 2022-ci ildə bankların ümumi zərərləri 620 milyard dollar təşkil edib. Treyderlər ölkənin Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasətinin (faizləri artırmasının) buna səbəb ola biləcəyindən ehtiyat edirlər. Keçən ildən bəri FED yüksək inflyasiya fonunda uçot dərəcəsini artırır, bun baxmayaraq inflyasiya hələ də hədəf səviyyədən (2%) çox yüksəkdir.
Analitiklər bildirir ki, "ticarət çox emosionaldır, investorlar məyusluq yaradan və ya banklarla əlaqəli hər hansı xəbərə qarşı ayıq-sayıqdırlar". Bank sektoru ilə bağlı narahatlıqlar fond bazarlarında volatillik dalğasına səbəb olub və xammal qiymətlərinin aşağı düşməsi ilə müşayiət olunub.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)












