Dollar bahalaşıb - BİRJALARDA SON VƏZİYYƏT
Çərşənbə günü 21-22 mart tarixlərində baş tutması gözlənilən FOMC toplantısında faiz dərəcələrinin artırılacağı ehtimallarının yenidən gündəmə gəlməsi fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı.
Xatırladaq ki, Amerikada bir həftə ərzində 3 bankın iflas etməsindən sonra bu ehtimalın tamamilə ortadan qalxması, hətta FED-in faiz endirimlərinə gedə biləcəyi proqnozları dollar indeksinin 103.00 bənd hədlərinə kimi geriləməsinə səbəb olmuşdu.
Bu gün isə Bakı vaxtı ilə saat 17:15-də Avropa Mərkəzi Bankının faiz qərarı və bank sədri Kristin Laqardın açıqlamaları EURUSD və GBPUSD məzənnələrində tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Bu gün həmçinin Amerikada açıqlanacaq Filadelfiya FED-dən Biznes Aktivliyi və Məşğulluq İndeksləri investorların diqqət mərkəzində olacaq.
Təhlillərə əsasən dollar indeksi 105 bənd hədləri üzərinə yüksələrsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.05$ və 1.19$-a kimi ucuzlaşa bilər.
Dünən "Credit Suisse", "Societe Generale" də daxil olmaqla bir sıra İtaliya banklarının səhmləri ilə ticarət Avropa bank sektorunda sürətli enişdən sonra tamamilə dayandırıldı. Amerikada yaşanan bank böhranına bənzər vəziyyətin Avropada da yaşanması domino effekti narahatlıqlarını artırdığı üçün qızıla etibarlı liman maliyyə aləti olaraq tələb kəskin artıb. Lakin FED-in faiz artımı ehtimallarının yenidən gündəmə gəlməsindən sonra, 1937$-a kimi bahalaşan qızıl, burada müqavimətlə qarşılaşaraq 1914$-a kimi ucuzlaşdı. Dollar indeksində artım tendensiyası davam edərsə və qiymətli metalın bir unsiya üzrə dəyəri 1905$-ın altına düşərsə, eniş tendensiyası yenidən bərpa oluna və ilk mərhələdə 1895$ və 1875$-a kimi davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























