Unimetal-dan tikinti sektoruna yeni töhfə!
İstifadəyə verilən mobil proqram ilə inşa edilən ev, obyekt və digər tikililər üçün hansı miqdarda dam örtüyü lazım olduğunu hesablamaq mümkündür.(®) Həyatın bütün sahələrində müxtəlif yeniliklərin tətbiq olunduğu müasir dövrümüz iqtisadiyyatın aparıcı qollarından olan istehsal və tikinti sektorunun da bu yeniliklərə uyğunlaşmasını zəruri etməkdədir. Azərbaycanda 25 ildən artıq müddətdir ki əsasən tikintidə istifadə olunan müxtəlif metal məmulatlarının istehsalçısı və tədarükçüsü rolunda çıxış edən Unimetal şirkəti öz sahəsində yeniliklərin tətbiqi üçün daimi olaraq müxtəlif həll yollarının axtarışındadır.
Belə ki, Unimetal Azərbaycanda ilk dəfə olaraq bir çox özəllikləri özündə cəmləşdirən mobil tətbiqi istifadəyə vermişdir. Bu tətbiqin digərlərindən üstünlüyü ondan ibarətdir ki, burada dam örtüyü məhsulları üzrə “HESABLA” və “DİZAYN EDİN” bölmələri əlavə olunmuşdur. Bununla da, istifadəçilərin inşa etdikləri ev, obyekt və digər tikililərə görə, onlara hansı miqdarda dam örtüyü məhsulu lazım olduğunu əvvəlcədən hesablatmaq üçün kiməsə müraciət etmələrinə ehtiyyac qalmır. Bunun üçün App Store və ya Google Play Store üzərindən mobil əlavəni yükləmək və tətbiq daxilindəki müvafiq bölməyə keçid edib, tikilinin real ölçülərini daxil etmək kifayət edəcəkdir.
Şirkətin təqdim etdiyi yeniliklər bununla da bitmir. Siz həmçinin dizayn edin bölməsi vasitəsi ilə öz tikilinizə seçmək istədiyiniz dam örtüyünün rəngini və formasını təyin etməklə onun necə görünəcəyini, zövqünüzə uyğun olub-olmadığını müəyyən edə bilərsiniz.
Eyni zamanda burada “Metal Kalkulyator” bölməsi də aktiv edilmişdir ki, hansı ki siz bunun vasitəsi ilə tikintidə istifadə olunan və "Unimetal"ın tədarük etdiyi müxtəlif metal məhsulları üzrə uzunluq və çəki hesablamalarını da rahatlıqla apara bilərsiniz.
Qeyd etmək istərdik ki, "Unimetal" MMC metal boru və profillərin, rəngli dam örtüklərinin, yayma məhsullarının və digər müxtəlif metal məhsulların istehsalçısı və tədarükçüsü olmaqla yanaşı həmçinin də, nəinki Azərbaycanda, hətta cənubi Qafqaz regionunda polimer örtüklü rəngli metal rulonların yeganə istehsalçısıdır. Burada istehsal olunan rəngli rulonlar və dam örtükləri beynəlxalq keyfiyyət standartlarına ən yüksək səviyyədə cavab verməkdədir.
Şirkətin rəsmi internet səhifəsi - www.unimetal.az
Mobil tətbiqi yükləmək üçün link - https://www.unimetal.az/download-app
Vebsaytdaki dam örtüyü kalkulyatoruna keçid - https://unimetal.az/calculation
Vebsaytdaki metal kalkulyatoruna keçid - https://unimetal.az/metalCalculation
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 25 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır




















