ABŞ bankı SVB-nin qəfil müflisləşməsindən sonra dollar kəskin ucuzlaşıb
Bazar ertəsi ABŞ rəsmilərinin Silicon Valley Bank-ın (SVB) qəfil müflisləşməsi ilə bağlı hərəkətə keçməsindən sonra ABŞ valyutası kəskin ucuzlaşıb. İndi investorlar FED-in sərt pul siyasətinin (faizləri artırmasının) əvvəllər proqnozlaşdırdıqlarından daha az aqressiv olacağını gözləyirlər.
Marja xəbər verir ki, ABŞ rəsmiləri bazar ertəsindən etibarən bütün SVB müştərilərinin depozitlərinə çıxış əldə edəcəklərini açıqlayaraq bir sıra tədbirlər elan ediblər. Bazar günü Nyu-Yorkun maliyyə tənzimləyicisi tərəfindən bağlanan "Signature Bank"ın əmanətçilərinin də zərər görməyəcəyi açıqlanıb.
Bundan əlavə, FED maliyyə institutlarına xəzinə istiqrazları və digər aktivlər ilə təminatla bir ilədək müddətə kredit verilməsini nəzərdə tutan yeni proqram çərçivəsində əlavə maliyyələşdirməni vəd edib.
"Goldman Sachs" analitiklərinin FED-in martın 22-də keçiriləcək iclasında uçot dərəcəsini artıracağını gözləmədiklərini söyləməsindən sonra dollar indeksi 0,7% azalaraq 103.86-ya düşüb (Bakı vaxtı ilə saat 10:10-a olan məlumat). Bundan əvvəl "Goldman Sachs" FED-in əsas faiz dərəcəsinin 0,25 faiz bəndi artıracağını proqnozlaşdırırdılar.
SVB-nin iflası investorların FED-in mart ayında faizlərini 0,50 bənd artırmayacağına dair fərziyyələrə səbəb olub. Onlar indi mərkəzi bankın aqressivliyinə təsir göstərə biləcək çərşənbə axşamı inflyasiya məlumatlarına diqqət yetirəcəklər.
"Commonwealth Bank Of Australia"nın analitiki Karol Konqun fikrincə, FED-in prioriteti hələ də səngiməyən inflyasiya ilə mübarizədir və çərşənbə axşamı açıqlanacaq hesabat bunu təsdiq edəcək.
"ABŞ-ın maliyyə sistemində baş verənləri nəzərə alsaq, 0,25 bənd artım ehtimalı 0,50 bəndindən daha yüksəkdir", - Kong deuib.
Hazırda bazarlar FED-in uçot dərəcəsini indiki səviyyədə saxlaması ehtimalını 18%, 0,25 bənd artıracağı ehtimalını isə 82% olaraq qiymətləndirir. SVB-nin iflasından əvvəl onlar 70% ehtimalla 0,50 bəndlik faiz artımını gözləyirdilər.
Bir sıra analitiklərin fikrincə, iflas bazarların volatilliyini artıracaq və pul siyasətinin sərtləşdirilməsi fonunda investorlar növbəti problemlərdən qorxacaqlar.
Yapon yeni ABŞ dollarına nisbətdə 0,95% möhkəmlənib, dollara qarşı 133,71 yen səviyyəsinə qalxıb.
EUR/USD məzənnəsi 0,86% artaraq 1,0731 səviyyəsinə yüksəlib (Avro bahalaşıb, dollar ucuzlaşıb).
Britaniya funtu ABŞ dollarına nisbətdə 0,92% bahalaşaraq 1,2139 olub.
Avstraliya dolları/ABŞ dolları məzənnəsi 1,41% artaraq 0,667 səviyyəsinə yüksəlib.
Bitcoin və digər rəqəmsal valyutalar bahalaşıb, Bitcoin 11,5% artaraq 22 406,70 dollara, Ether isə 11,75% artaraq 1593,70 dollara çatıb.
ABŞ-da bankların iflası ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artması ilə əlaqələndirilir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)









