Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçirilib - FOTOLAR
7 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanın tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş sayca 3-cü “Açılış Zəngi” mərasimi keçirilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, açılış mərasimində Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Əməkdaşlıq üzrə regional direktorun müavini, Missiya Rəhbərinin müavini Cənab Alberto Hernandez, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu Gürcüstan üzrə ölkə təmsilçisi Kaori İşikava, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq əlaqələr və prokotol xidmətinin konsultantı Zahidə İsrafilova, BMTİP Azərbaycan Proqram Rəhbəri Leyla Fəthi, BMTİP Azərbaycan Layihə Rəhbəri Aygün Əhmədova, Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti əməkdaşı Nilüfər Əliyeva, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi korporativ xidmətlər departamentinin rəhbəri Esli Dilbazi, Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva, Freedom Finance Azerbaijan biznes prosesləri və layihə meneceri Leyla Qaralova, Accesbank insan resursları üzrə icraçı direktor Nigar Hüseynzadə, Azfinans İnvestisiya şirkəti beynəlxalq bazarlar departamentini mütəxəssisi Şəms Kərimova və BMTİP global təşəbbüs proqramı olan WEPs proqram eksperti Fidan Qasımova çıxış ediblər.
Qeyd edilib ki, Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır və hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirilir.
Əlavə edilib ki, fevral ayında Bakı Fond Birjası BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlıqla “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” - WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulub və BMT Qadın Agentliyi və BMT Qlobal Sazişinin irəli sürdüyü bu təşəbbüsə Azərbaycanda qoşulmuş 21 şirkətdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















