Türkiyə holdinqi Azərbaycanda logistika şirkəti yaradıb
Dövlət Vergi Xidməti 2023-cü ilin Yanvar ayında "DH LOGİSTİKA" QSC şirkətini dövlət qeydiyyatına alıb.
Marja.az xəbər verir ki, Şirkətin İdarə Heyətinin sədri Türkiyə vətəndaşı Yusuf Kandemirdir. Məlumata görə, Yusuf Kandemir "Demirören Yatırım Holding" şirkətində Baş direktordur. O 2018-ci ilin əvvəlindən 2022-ci ilin May ayınadək "Azersun Holding" şirkətində Təchizat üzrə Baş Menecer vəzifəsində çalışıb.
"DH LOGİSTİKA" QSC Şirkətində Müşahidə şurasının üzvləri Demirören Yıldırım və Oktay Aslan Sinandır. Demirören Yıldırım Türkiyənin "Demirören Holding" şirkətində İdarə Heyətinin sədridir.
2 min manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov, ev 15-dir.
2021-ci ilin fevral ayından Azərbaycanda lotereya biznesinin idarə edilməsi "Demirören Holding"ə daxil olan şirkətə həvalə edilib.
"Demirören" Holdinq Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtaliyanın məşhur oyun operatoru "Sisal SpA" ilə ortaq təşəbbüs quran "Demirören" Holdinq 2019-cu ildə Türkiyənin milli lotereyası "Milli Piyango"nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.
"Demirören" Holdinq həmçinin, Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa "CNN Türk", "Kanal D" kimi məşhur televiziya və radio kanalları, "Milliyət", "Hürriyyət", "Posta" və s. qəzetlər daxildir.
Bu ilin fevralında imzalanmış müqaviləyə əsasən, "Azərlotereya" ASC "Demirören" Holdinqə daxil olan "YMT Sans B.V." şirkətinə idarəetməyə verilib. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq, "Demirören" Holdinq “Azərlotereya” ASC-dən sonra ikinci layihəsinə də qısa müddətdə başlamağa qərar verib.
2021-ci ilin Dekabr ayında Azərbaycanın İqtisadiyyat Nazirliyi və "Demirören" Holdinq arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Demirören" Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıblar. Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur. Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır. Memoranduma uyğun olaraq, "Demirören" Holdinq layihəyə 40 milyon ABŞ dollarınadək investisiya yatıracaq, istehsal prosesi ixtisaslı aparıcı şirkətlərin müvafiq lisenziyaları əsasında GMP standartlarına uyğun təşkil ediləcəkdir.
2021-ci ilin fevralında imzalanmış müqaviləyə əsasən, "Azərlotereya" ASC "Demirören" Holdinqə daxil olan "YMT Sans B.V." şirkətinə idarəetməyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















