Qlobal ərzaq qiymətləri 11 aydır davamlı olaraq düşür
FAO-nun Ərzaq Qiymətləri İndeksində azalma tendensiyası fevral ayında da davam edib. Qlobal ərzaq qiymətləri 11 aydır davamlı olaraq düşür.Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal ərzaq mallarının qiymətləri üzrə indeksi fevral ayında ardıcıl on birinci ayda da geriləyib.
Marja xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi fevral ayında yanvar ayına nisbətən 0,6 faiz azalaraq orta hesabla 129,8 bənd təşkil edib. İndeks illik müqayisədə (2022-ci ilin favral ayı ilə müqayisədə) 8,1 faiz geriləyib.
Taxıl Qiymətləri İndeksi aylıq müqayisədə 0,1 faiz azalıb, ötən ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artıb. Ardıcıl üç ay aşağı düşdükdən sonra beynəlxalq buğda qiymətləri fevralda 0,3 faiz artıb.
Bitki Yağı Qiymətləri İndeksi aylıq müqayisədə 3,2 faiz azalaraq 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəni qeyd edib.
Süd məhsulları qiymət indeksi isə aylıq müqayisədə 2,7 faiz, illik müqayisədə 7,2 faiz azalıb.
Ət Qiymətləri İndeksi aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə 1,7 faiz geriləyib.
Şəkər Qiymətləri İndeksi isə aylıq müqayisədə 6,9% artaraq 2017-ci ilin fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.
FAO Ərzaq Qiymətləri İndeksi (FFPI) ərzaq malları səbətinin beynəlxalq qiymətlərində aylıq dəyişikliyi göstərir. O, beş əmtəə qrupu qiymət indeksinin orta göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 29 d. əvvəl
- 48 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR

















.jpg)





