Ziraat Bank Azərbaycan ABA tərəfindən mükafatlara layiq görülüb
(®️) Ziraat Bank Azərbaycan 2022-ci il ərzində göstərdiyi fəaliyyətə görə Banklar Assosiasiyası tərəfindən iki nominasiya üzrə mükafata layiq görülüb.
Bank xüsusilə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi, sahibkarlara və təhsilə verdiyi dəstək üçün asossiasiya tərəfindən fərqləndirilib. Ötən il ərzində ölkənin sosial-iqtisadi inkişafına, şəhid ailələri və qazilərə, həmçinin talasemiyadan əziyyət çəkən uşaqlara verdiyi dəstək üçün bank "Korporativ sosial məsuliyyət" nominasiyası üzrə mükafatlandırılıb.
Həmçinin il ərzində müxtəlif təhsil ocaqlarına verdiyi dəstəyə görə "Ən fəal təhsil dəstəkçisi" nominasiyası üzrə də qaliblərdən biri elan edilib.
Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın, Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat sonra
-
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri “Bank of New York Mellon”un rəsmiləri ilə görüşüb
-
1 saat əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
-
1 saat əvvəl
Yaşı 60-dan çox olanların əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
"BakuBus" tezliklə Naxçıvan şəhərində fəaliyyətə başlayacaq
bp-yə yeni vitse-prezident təyin olundu
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək





















