“Araz” supermarketlər şəbəkəsi KSM layihələrində aktiv iştirakına görə 3 nominasiyada mükafat qazandı
(®) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yekunlarına əsasən korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən şirkətlər mükafatlandırdı.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində, onlarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşların fəaliyyəti dəyərləndirildi.
Mükafatlandırılanlar sırasında Veysəloğlu Şirkətlər Qrupunun üzvü “Araz” supermarketlər şəbəkəsi də var. Şirkət ötən ilki nəticələrinə görə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Gənclərin (20 yaşadək) məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyalarında təltif olundu.
Xatırladaq ki, 2022-ci il ərzində 3106 nəfər qadın, 1287 nəfər gənc (20 yaşına kimi) və 111 nəfər əlilliyi olan şəxs “Araz” ailəsinə qoşulub.
Mükafatlar “Araz” supermarketlər şəbəkəsinin idarə heyətinin sədri Rəşad İbrahimova təqdim edilib.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























