Yanvarda bank kartlarının sayı 231 min ədəd, nağdsız ödənişlərin həcmi isə 2 dəfə artıb
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 2023-cü ilin yanvar ayının sonunda ötən aya (2022-ci ilin dekabr ayına) nəzərən 231 min ədəd artaraq 13 milyon 488 min ədəd təşkil etmişdir.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.7% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 18.3%, kredit kartları üzrə 28.8% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 157 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 mln. ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır. 2023-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 647 milyon manat təşkil etmişdir.
Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 17 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 627 milyon manatı POS-terminallar, 2.6 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.
Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52.4%-ni təşkil etmişdir.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2%, POSterminalların sayı 29.5% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat sonra
-
- 9 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri “Bank of New York Mellon”un rəsmiləri ilə görüşüb
-
1 saat əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
-
2 saat əvvəl
Yaşı 60-dan çox olanların əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
"BakuBus" tezliklə Naxçıvan şəhərində fəaliyyətə başlayacaq
bp-yə yeni vitse-prezident təyin olundu
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək




















