Maliyyə Monitorinqi Xidmətinin sədri Koordinasiya Şurasının iclasında hesabat verdi
Azərbaycan Respublikasının pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin Avropa Şurasının ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2020-cü il 21 oktyabr tarixli 404 nömrəli Qərari ilə yaradılmış Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Bu barədə Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki. tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov ötən dövr ərzində pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsahəsində ölkəmizdə həyata keçirilən tədbirlər – milli risk qiymətləndirilməsinin aparılması, müvafiq sahədə yeni qanunların qəbulu, habelə MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirmə prosesinə son hazırlıq mərhələsində həlli zəruri olan tədbirlər barəsində məlumat verib.
Daha sonra Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə ötən dövrdə görülmüş işlərdən danışıb. 2023-cü ilin 1-15 mart tarixlərində keçiriləcək MONEYVAL qiymətləndirici missiyasının ölkəmizə səfəri ilə bağlı təşkilati işlərin cari statusu, keçirilmiş təlimlər və aparılmış sınaq müsahibələr barədə iştirakçılara məlumat verib, həmçinin qiymətləndirmə üçün tələb olunan məlumatların və sənədlərin MONEYVAL qiymətləndirici missiyasına tamlıqla təmin edilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda həmçinin Koordinasiya Şurasının 2022-ci il 23 iyun tarixində təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti barədə iştirakçılara məlumat verilib, Şura üzvləri tərəfindən gündəlikdə duran və cari məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
29 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















