Qatar Airways-dən 40%-ə qədər endirim !
Qatar Airways Skytrax tərəfindən “Dünyanın ən yaxşı hava yolu şirkəti” seçilməsi münasibəti ilə “Dünyanın ən yaxşı hava yolu şirkəti ilə səyahət edin” şüarı ilə yola çıxaraq müştərilərinə şirkətin gün-gündən böyüyən qlobal şəbəkəsi boyunca biznes və ekonom sinifdə 40%-dək endirim təklif edir.
Bu xüsusi endirim kampaniyası Qatar Airways şirkətinin keçən ay “Paris Air Show”-da nüfuzlu Skytrax tərəfindən 2017-ci il üçün mükafatlandırıldığı bir neçə nominasiyanın məntiqi davamıdır. Adıçəkiləm tədbirdə Qatar Airways “Dünyanın Ən Yaxşı Hava Yolu Şirkəti”, “Dünyanın Ən Yaxşı Biznes Sinfi”, “Yaxın Şərqin Ən Yaxşı Hava Yolu Şirkəti” və “Dünyada Ən Yaxşı Birinci Sinif Lounge” nominasiyaları üzrə qalib gəlmişdir.
Müştərilər bu xüsusi endirimlərdən faydalanaraq məşhur biznes və istirahət istiqamətlərinə səyahət edə bilərlər. Aviaşirkət qısa vaxt ərzində qlobal şəbəkəsini biraz da genişləndirərək Fransanın Nitsa şəhəri və İrlandiya Respublikasının Dublin şəhərini öz uçuş şəbəkəsinə qatmışdır.
Qatar Airways-in Baş Kommersiya Meneceri Cənab Ehab Amin demişdir:
“Biz Dünyanın Ən Yaxşı Hava Yolu Şirkəti seçilməyimiz münasibətiylə çox şadıq. “Dünyanın Ən Yaxşı Biznes Sinfi”, “Yaxın Şərqin Ən Yaxşı Hava Yolu Şirkəti” və “Dünyada Ən Yaxşı Bizinci Sinif Lounge” nominasiyaları üzrə qalib olmaq bizim sevincimizi biraz da artırır. Biz bu möhtəşəm qalibiyyətləri dünya boyunca müştərilərimizlə birgə qeyd etmənin sevincini yaşayır və inanırıq ki, müştərilərimiz bu xüsusi endirim təklifiylə birgə sürətlə böyüyən şəbəkəmiz boyunca bütün uçuşlarımızda dünya səviyyəli xidmət almağa imkan verəcək”.
Müştərilər 10-19 İyul tarixlərində alınan və 10 Dekabr 2017 tarixinə qədər səyahət imanı verən biletlərdə 40%-dək endirim imkanı əldə edəcəklər. Bu təklifdən başqa Nitsa - Fransa, Skopje - Makedoniya, Sohar - Oma və Praqa - Çex Respublikası üzrə olan yeni uçuşlara da endirimlər təklif olunur. Bundan başqa Qatar Airways “Privilege Club” üzvləri www.qatarairways.com saytı üzərindən bilet alarkən ikiqat “Qmiles” qazanma şansı əldə edirlər.
Şirkət hal-hazırda hava yolu nəqliyyatı sənayesində öz aparıcı rolunu qoruyub saxlamaqdadır. Belə ki, yenilikcə təqdim edilən patentləşdirilmiş “QSuite” - Biznes Sinif oturacağı mülki aviasiyada inqilabi dəyişiklik etmiş oldu. “QSuite” dünyada ilk dəfə bizes sinfində ikili yataq və şəxsi rahatlığı saxlamaq üçün panellər təklif edir. Bu pannellərin vasitəsi ilə müştərilər özlərinə özəl “otaq” yarada bilirlər.
Yeri dəyişdirilə bilən TV monitorları və panellər düzgün istiqamətdə yerləşdirildiyi zaman 4 nəfərdən ibarət olan dost, yoldaş və ya ailə üçün ayrıca “otağa” çevrilir və bu da onlara birlikdə işləmə, yemək yemə və.s kimi istəklərini reallaşdırmağa imkan verir.
Sürətlə böyüyən qlobal şəbəkəsi və 200-dən çox təyyarə donanması ilə, şirkət öz qlobal şəbəkəsini 2017-18-ci illərdə genişləndirəcək. Bu genişlənmə çərçivəsində Skopje, Sarajevo, Kiev və.s kimi bir sıra önəmli şəhərlər şirkətin qlobal şəbəkəsinə qoşulacaqdır.
Qatar Airways-in uçduğu istiqamətlər və endirim kampaniyaları haqqında məlumat atmaq üçün www.qatarairways.com/az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
- 10 d. əvvəl
-
- 16 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
16 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
16 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
16 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
16 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
Son Xəbərlər
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib


















.jpg)










.jpg)
