Rusiya neft hasilatını könüllü olaraq azaldacaq
Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, ölkə “qiymət tavanı” tərəfdarlarına neft satmayacaq.Rusiya mart ayında neft hasilatını könüllü olaraq gündəlik 500 min barel azaltmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.
“Bu gün biz hasil edilən neftin bütün həcmini tam satırıq, lakin əvvəllər deyildiyi kimi, biz birbaşa və ya dolayısı ilə “qiymət tavanı” prinsiplərinə əməl edənlərə neft satmayacağıq”, - deyə o bildirib.
"Bununla əlaqədar, Rusiya mart ayında könüllü olaraq hasilatı gündəlik 500 min barel azaldacaq. Bu, bazar münasibətlərinin bərpasına kömək edəcək", - Novak əlavə edib.
Baş nazirin müavini qeyd edib ki, “qiymət tavanı” mexanizmi dünyada digər sənaye sahələrində neft və məhsul qıtlığına təsir göstərə bilər.
“Gələcəkdə bu, nəinki neft sektoruna investisiyaların azalmasına və müvafiq olaraq, gələcəkdə neft qıtlığına səbəb ola bilər, həm də oxşar nəticələr ilə dünya iqtisadiyyatının digər sektorlarına da yayıla bilər”, - Novak bildirib.
"Rusiya hesab edir ki, Rusiya neftinin və neft məhsullarının satışında “qiymət tavanı” mexanizmi bazar münasibətlərinə müdaxilə və kollektiv Qərb ölkələrinin dağıdıcı enerji siyasətinin davamıdır", - deyə o əlavə edib.
Novakın bəyanatından sonra Brent markalı neftin qiyməti artıb
Londonun ICE birjasında 2023-cü ilin aprel ayında çatdırılacaq Brent markalı neft fyuçerslərinin qiyməti 2%-ə yaxın artıb.
Marja.az xəbər verir ki, neftin qiyməti Rusiya baş nazirinin müavini Aleksandr Novakın Rusiyanın mart ayında könüllü olaraq neft hasilatını gündəlik 500 min barel azaltmağı planlaşdırması ilə bağlı bəyanatı fonunda qalxıb.
Bakı vaxtı ilə saat 12:44-ə olan məlumata görə, Brent markalı neftin qiyməti 1,9% artaraq 1 barelə görə 86,07 dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi












.jpg)






