Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılır
Ölkədə fəaliyyət göstərən tekstil istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.
Bununla bağlı iyulun 11-də Bakı Biznes Mərkəzində keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, tekstil istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak edib.
Tekstil sahəsində fəaliyyət göstərən iş adamları çıxış edərək, istehsal etdikləri məhsullar barədə məlumat verib, bu sahənin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.
Sonra tədbir iştirakçılarının təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Gilan Textile Park” MMC-nin rəhbəri Mehriban Axundova “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri seçilib.
Sonda tekstil sahəsinin inkişafı barədə sahibkarlarla müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
13 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 15 saat əvvəl
- 15 saat əvvəl