Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yanvarda Türkiyənin xarici ticarətində rekord kəsir qeydə alınıb

AzVak-mobil_resmin_ustu_31
Yanvarda Türkiyənin xarici ticarətində rekord  kəsir qeydə alınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Ticarət Nazirliyinin açıqladığı ilkin məlumatlara görə, yanvar ayında xarici ticarət kəsiri 14,3 milyard dollarla rekord səviyyəyə yüksəlib.

Türkiyə iqtisadiyyatı yeni ilin ilk ayında rekord xarici ticarət kəsiri verib.

Reklam_3_11

Marja xəbər verir ki, Ticarət naziri Mehmet Muşun açıqladığı ilkin məlumatlara görə, yanvar ayında ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,4% artaraq 19,4 milyard dollar olub. İdxal isə 33,7 milyard dollar təşkil edib. Xarici ticarət kəsiri rekord həddə - 14,3 milyard dollara çatıb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, xarici ticarət kəsiri 2022-ci ilin dekabr ayında 2021-ci ilin eyni ayı ilə müqayisədə 42% artaraq 6,83 milyard dollardan 9,7 milyard dollara yüksəlib. Bütün 2022-ci ildə xarici ticarət kəsiri 137 faiz artaraq 46,2 milyard dollardan 109,5 milyard dollara yüksəlib. Beləliklə, rekord kəsir qeydə alınıb. Bundan əvvəlki rekord 2011-ci ildə qeydə alınmışdı. Belə ki, 2011-ci ildə Türkiyənin 106 milyard dollarlıq xarici ticarət kəsiri yaranmışdı.

02.02.2023 12:47
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19