Kazımov valyuta hərraclarında banklar tərəfindən sifariş təqdim edilməməsinin səbəblərini açıqlayıb
Mərkəzi Bankın sədri Taleh Kazımov 2023-cü ilin yanvar ayında Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının 2-sində bankların sifariş təqdim etməmələrinin və digər hərraclarda tələbin aşağı olmasının səbəblərini açıqlayıb.
Marja.az-ın məlumatına görə, Taleh Kazımov ilk səbəbin, yüksək neft və qaz qiymətləri, həmçinin qeyri-neft sektoru üzrə ixracın artdığı şəraitdə Azərbaycana valyuta daxilolmalarının artması ilə əlaqədar olaraq xarici valyutaya tələbin azalması olduğunu bildirib.
"Sadəcə tələb azalıb", - Mərkəzi Bankın sədri deyib.
Taleh Kazımov qeyd edib ki, ötən il Mərkəzi Bank bazara 2 milyard 48 milyon dollarlıq alış yönümlü müdaxilə də edib.
Taleh Kazımov bildirib ki, ikinci səbəb Mərkəzi Bankın 2023-cü ilin Yanvar ayından etibarən Azərbaycanda ilk dəfə mütəşəkkil banklararası valyuta bazarını işə salmasıdır:
"Yanvarın 9-dan başlayaraq ilk dəfə olaraq mütəşəkkil banklararası valyuta bazarını yaratmışıq. Bu bazarda həm say, həm də həcm olaraq aktiv əməliyyatlar aparılır. Bu da ona imkin verir ki, banklar arasında valyuta ticarəti aparılır, həm artıq valyuatası olan, həm də valyuta kəsiri olan banklar bir araya gəlib öz ehtiyaclarını təmin edirlər.
Keçmişdə belə idi ki, hansısa bankda artıq valyuta olduqda nağd şəkildə əməliyyat edib onu satırdılar. Sata bilmədikdə isə Mərkəzi Banka satılırdı. İndi bütün bankları yeni platformaya - mütəşəkkil banklararası valyuta bazarına dəvət etmişik, demişik ki, kimin artığı, kimin kəsiri varsa platforma vasitəsilə əməliyyat aparıb ehtiyacını ödəsin. Bu bazarda banklar artıq olan valyutasını sata və ya valyuta kəsirini bağlamaq üçün alış edə bilir. Buna görə, yanvarda Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarından ikisində banklar tərəfindən sifarişlər olmayıb, digər hərraclarda da aşağı olub".
Xatırladaq ki, 24 yanvar 2023-cü il və 26 yanvar 2023-cü il tarixlərində Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarında banklar tərəfindən sifariş təqdim edilməmişdir. 19 yanvar 2023-cü il tarixində keçirilmiş valyuta hərracında bankların sifarişləri 1,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 8 valyuta hərracında banklara cəmi 188,6 milyon dollar satılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
29 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















