"Bankların vergiyə görə əmanət faizlərini qaldıracağını gözləyirik" - MƏRKƏZİ BANKIN SƏDRİ
"01 Fevral 2023-cü il tarixindən əmanətlərin faiz gəlirləri vergiyə cəlb ediləcəkdir. Biz gözləyirik ki, banklar vergi xərclərini depozit faizlərində əks etdirəcəklər".
Marja.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Biz gözləyirik ki, depozitlərin banklardan çıxmaması üçün faizlər vergi faizi nisbətində artırılacaqdır", – Taleh Kazımov əlavə edib.
Mərkəzi Bankın sədri əlavə edib ki, ola bilsin ki, bu məsələ kredit faizlərinin artmasına təsir göstərəcək: "Aman vaxt keçməlidir ki, biz bunu qiymətləndirək".
Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev isə əlavə edib ki, Mərkəzi Bank əmanət faizlərinin vergiyə cəlb edilməsinin maliyyə sabitliyinə və əmanətlərin həcminə ciddi təsir göstərməyəcəyi qənaətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat sonra
-
-
37 d. əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 45 d. əvvəl
-
46 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
48 d. əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 50 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib



















