Elektron satınalmaların ümumi satınalmalarda payı məbləğ üzrə 18,8% təşkil edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən il ərzində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə KİV nümayəndələrini məlumatlandırıb.
Bildirilib ki, ötən il ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması sahəsində əhəmiyyətli işlər görülüb, geniş maarifləndirmə işləri aparılıb. Qeyd edilib ki, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində 2022-ci il ərzində Xidmətə daxil olan 5570 müraciətə baxılıb və bunlardan 2260 müraciət təmin olunub. Nəticədə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib.
Dövlət satınalmalarına nəzarətin həyata keçirilməsi ilə bağlı bildirilib ki, “Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. 2022-ci ildə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub, bunun da 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən illə müqayisədə məbləğ üzrə müsabiqə əsaslı satınalmaların həcmi 70% artıb. 2022-ci ildə kotirovka sorğusu metodu ilə keçirilən satınalmalar tamamilə elektronlaşdırılıb. 2022-ci ildə elektron satınalmaların ümumi satınalmalarda payı say üzrə 59,1%, məbləğ üzrə 18,8% təşkil edib.
2022-ci il ərzində “etender.gov.az” portalının işi təkmilləşdirilib, dövlət qurumları ilə inteqrasiyanın həyata keçirilməsi üzrə tədbirlərə başlanılıb və artıq Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşdırılıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının, sonra isə Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulur. İl ərzində satınalmalar sahəsində Dövlət Xidmətinə daxil olan 10595 yekun protokoldan 1409-da qanunvericiliyin tələblərinin pozulması hallarının aşkarlandığı, bu istiqamətdə müvafiq tədbirlərin görüldüyü qeyd olunub.
Bildirilib ki, göstərilən dövlət xidmətlərinin vahid mərkəzdən aparılması, əlçatanlığı və keyfiyyətinin artırılması, ünvanlılığın və şəffaflığın təmin edilməsi məqsədilə vahid və mərkəzləşdirilmiş Elektron Rəqabət Portalının yaradılması və digər dövlət qurumlarında tətbiq olunan informasiya sistemləri ilə inteqrasiya edilməsi nəzərdə tutulur.
Antiinhisar nəzarəti sahəsində görülən işlərlə bağlı qeyd olunub ki, 2022-ci ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Nəticədə, təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib. 2021-ci illə müqayisədə ötən il qaldırılan işlərin sayı 3 dəfə, baxılması başa çatmış işlərin sayı isə 2,2 dəfə artıb. Antiinhisar halları üzrə qaldırılan işlərin əksəriyyəti mobil telefon və qida məhsulları, haqsız rəqabət halları üzrə isə mühərrik yağlarının idxalı və ticarəti ilə məşğul olan sahibkarlıq subyektləri barədə olub. Qeyd olunub ki, antiinflyasiya tədbirləri çərçivəsində Dövlət Xidməti tərəfindən qarabaşaq, makaron, uzun düyü, mərci, zeytun yağı, marqarin, duz və çörək məhsullarının qiymətində artımlarla bağlı araşdırmalar aparılıb. Duz və qarabaşaq bazarı üzrə baxılması başa çatmış işlər nəticəsində 2 milyon manatadək mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.
Təbii inhisarlara nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə də KİV nümayəndələrinə geniş məlumat verilib. Dövlət Xidməti tərəfindən 2022-ci ildə bu subyektlərin xidmətlərindən istifadə edən istehlakçı və sahibkarların müraciətləri təhlil olunub. Təbii inhisar subyektlərinin fəaliyyəti araşdırılıb, “Aztelekom” MMC-yə telekommunikasiya sahəsində rəqabət mühitinin yaxşılaşdırılması üzrə müvafiq daxili qaydaların 3 ay ərzində hazırlanması və tətbiqinə dair, “Azərbaycan Dəmir Yolları” QSC-yə isə dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması hallarının aradan qaldırılmasına dair göstəriş verilib.
Keyfiyyətə nəzarət sahəsində həyata keçirilən tədbirlər xüsusi vurğulanıb. Məlumat verilib ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icrası milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbul edilməsində mühüm rol oynayacaq.
Media nümayəndələrinə məlumat verilib ki, 2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul olunub. Türk Standartları İnstitutu (TSE) ilə əməkdaşlıq çərçivəsində AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ əldə edib. AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2022-ci il ərzində 2700-dən artıq məhsul üzrə 12000-dən çox sınaq aparıldığı vurğulanıb.
Tədbirdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımların əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 20 laboratoriyanın yaradılması və mövcud 7 laboratoriyanın təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim edilib. Məlumat verilib ki, 2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 qurum akkreditə edilib, 17 qurumun akkreditasiya sahəsi genişləndirilib. Ötən il ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox mənşə sertifikatı verilib.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
3 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
