Yeni tikilən metro stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb
Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilir ki, tikinti işləri “Qruntda divar” üsulu ilə aparılır. Qeyd edək ki, buna qədər xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları da eyni üsulla inşa olunub. “Qruntda divar” ekoloji cəhətdən daha səmərəli, yaşayış sahəsinin xüsusiyyətlərinə uyğunluğu ilə fərqlənir, inşaat işlərinin məhdud məkanda effektiv aparılmasına imkan verir. Burada istifadə olunan konstruksiyalar daha etibarlı, sukeçirməzdir, həmçinin material və işçi qüvvəsinin sərfiyyatı baxımından qənaətcildir. Bu üsulun tətbiqi ilə aparılan tikinti zamanı torpaqda dinamik titrəyişlər törənmir, səs-küy yaranmır. Yeraltı suların kənarlaşdırılması və səviyyəsinin aşağı salınması üçün xüsusi texniki qurğulara ehtiyac qalmır.
Tikinti işləri dərin və ensiz xəndəklərin qarşı-qarşıya qazılmasından başlanıb. Xəndəklərin divarları bentonit məhlulu ilə emal olunmaqla möhkəmlənib, uçqun təhlükəsi aradan qaldırılıb. Sonradan bu xəndəklərə dəmir-beton panellərin metal konstruksiyaları yerləşdirilib və xəndəklər beton məhlulu ilə doldurulub. İki divar arasında qalan sahədə qruntçıxarma işləri aparılıb ki, bu da əvvəlki üsullarla müqayisədə daha az vaxt aparır və daha ucuz başa gəlir.
Məlumat üçün bildirək ki, “B-04” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq.
İkinci səviyyə keçid funksiyası daşıdığından keçid səviyyəsi adlanır. Bura platforma səviyyəsinə eniş üçün nəzərdə tutulub. Keçid adı bu səviyyəyə həm də oradan Sarı xəttə keçidin yaradılacağına görə verilib. Konseptual inkişaf sxeminə görə gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybət qəsəbəsini birləşdirəcək Sarı xəttin şərti adı “S-06” stansiyasına keçmək buradan mümkün olacaq.
Qeyd edək ki, inşaaat zamanı əvvəlcə səviyyədən səviyyəyə enmək üçün qazıntı işləri aparılaraq torpaq qatı çıxarılıb. Sonra səviyyənin döşəməsi hamarlanıb. Dəmir-beton konstruksiya qurularaq betonlanma işi aparılıb. Bu qayda ilə üç zonaya bölünmüş ikinci səviyyə tam betonlanıb. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si burada, biri isə kassa zalında quraşdırılacaq.
Mezonin adlanan 3-cü səviyyə tam texniki səciyyə daşıyır. Burada xidməti otaqlar, 4 havalandırma kamerası tikiləcək. Artıq döşəmə konstruksiyasının betonlanması başa çatdırılıb.
İnşaat işləri platforma səviyyəsində gedir. Torpaqqazma və tikinti quraşdırma işləri başlanıb, 55-60 m sahədə sağ və sol tunellərin dəmir-beton tübinqləri dağıdılıb. Bu mərhələdə qrunt sularının inşaat işlərinə təsirini minimallaşdırmaq, həmçinin stansiya istifadəyə veriləndən sonra məhz bu məqsədlə istifadə olunması məqsədilə müvafiq qurğulardan birinin inşasına da başlanılıb.
Bununla yanaşı, “8 Noyabr” və “B-04” stansiyaları arasında tunellərin sərt özül betonu qoyulub. Hazırda sağ mənzil tunelində yolun üst quruluşu betonu qoyulur, dəmir-beton şpallar düzülür, hərəkət relsləri quraşdırılır.
Yeddivaqonlu qatarları qəbul edəcək 144 m uzunluqda platformanın tikintisi bu işlərdən sonra başlanacaq.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 saat sonra
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
1 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















